“Sahibkarları süründürürlər”
Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2016-cı il üzrə hesabatı ətrafında müzakirələr aparılıb.
Deputat Əli Məsimli bildirib ki, ilk növbədə islahatlar xalqa çatdırılmalı və onlar tərəfindən dəstəklənməlidir. O təklif edib ki, bunun üçün İTV-də Rusiyada olan biznes kanalı formatında bir blok yaradılsın və əhali iqtisadi proseslərlə bağlı məlumatlandırılsın:
“2016-cı ildə yaranmış vəziyyətdən çıxmaq üçün bir sıra tədbirlər görülüb. Beynəlxalq Valyuta Fondu ötən il iqtisadiyyatımızda 2,5 faiz artım olacağını proqnozlaşdırmışdı. Amma hökumət bu rəqəmin 1,8 faiz olacağını vurğulamışdı. Təəssüf ki, ötən il artım əvəzinə, 3,1 faiz eniş müşahidə olunub. İlk növbədə islahatlar xalqa çatdırılmalı və onlar tərəfindən dəstəklənməlidir. Rayonlarda yeni iş yerlərinin açılması istiqamətində işlər görülməlidir”.
Deputat Musa Qasımlı Yardımlı və Masallı rayonlarında həllini gözləyən problemləri baş nazirin diqqətinə çatdırıb, problemlərin həllində hökumətdən yardım istəyib.
Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə sahibkarların icra orqanlarında süründürməçiliklə üzləşməsindən narazılığını bildirib və bunun orta-kiçik sahibkarlığa zərər vurduğunu söyləyib. O tələb edib ki, icra orqanları buna son qoysun. H. Rəcəbli icra orqanları ilə Milli Məclisin əməkdaşlığını yüksək qiymətləndirib. Komitə sədri turizm sahəsi ilə bağlı narahat olduğu məqamı da açıqlayıb:
“Qarşıdan bayramlar gəlir. Məndə olan məlumata görə, bayram günlərində İrandan 500 avtobus turist gələcək. İran tərəfində 8 saatlıq iş rejimi olduğundan, bu qədər turistin gəlməsi gömrükdə çətinlik yaradacaq. Nədənsə, Azərbaycan gömrük orqanlarının istəyinə baxmayaraq, İran tərəfinin sərhəd-keçid məntəqələrində bu qədər az iş vaxtı müəyyənləşib. Azərbaycan da məcburdur ki, bu vaxta əməl etsin. Belə halda, gəlin təsəvvür edək ki, bayram günlərində o keçid məntəqəsində hansı vəziyyət yaranacaq. 500 avtobusla gələn turistlər günlərlə orada qalacaq. Ciddi gərginlik yaranacaq. Ölkəyə gələn turistlər pis təəssüratla ayrılacaqlar. Ona görə də Azərbaycan hökuməti qonşu dövlətin müvafiq qurumları ilə danışıqlar aparıb, tədbirlər görməlidir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
18 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 19 saat əvvəl
-
20 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 20 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























