Rusiya şokoladları Azərbaycan bazarını "işğal edir" - İDXAL DAHA DA ARTIB
Azərbaycan 2019-cu ilin 1-ci yarısında (yanvar-iyun dövründə) 20 mln. 306 min dollar dəyərində şokolad idxal edib. Bu barədə hökumətdən məlumat verilib.
"Yanvar-iyun aylarında Azərbaycan 20 mln. 306,24 min dollar dəyərində 7984 ton şokolad idxal edib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə idxalın həcmi miqdar ifadəsində 4,6%, dəyər ifadəsində 9% artıb", - deyə məlumatda bildirilir.
Azərbaycana şokoladın əsas tədarükçüsü Rusiya olub. Cari ilin 1-ci yarısında Rusiyadan 13 mln. 483 min dollar dəyərində (artım 15,8%) 5815 ton şokolad (artım 13,9%) idxal edilib. 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana şokolad idxalının 72,8%-i RF-nin payına düşüb.
Azərbaycana şokoladın digər iri tədarükçüsü isə Ukraynadır. Yanvar-iyun aylarında bu ölkədən 1 mln. 959 min dollar dəyərində 973,32 ton məhsul idxal edilib.
AZƏRBAYCANIN ŞOKOLAD İXRACI AZALIB
Eyni zamanda, Azərbaycan yanvar-iyun aylarında 1 mln. 815 min dollar dəyərində (azalma 8,2%) 862,3 ton şokolad (azalma 4,1%) ixrac edib. Rusiyaya 831,34 min dolar dəyərində (azalma 0,7%) 391,81 ton şokolad (azalma 0,8%) ixrac edilib.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)
