Avropada 30%-i, Azərbaycanda isə 80%-i boş qalır
2019-cu ilin ilk yarısında keçən ilin eyni dövrü ilə müqayisədə Türkiyədə otel doluluğu 1,1% artaraq 63,8%-ə qalxıb.
Otel otaqlarının Azərbaycanda 21,6%-i, Avropada isə 70%-i dolur. Əskin desək, Azərbaycanda otel otaqlarının 78%-i, Avropada isə 30%-i boş qalır.
Türkiyə Otellər Birliyi (TÜROB) tərəfindən, məlumat və analiz şirkəti STR-in hazırladığı Ölkə Performans Hesabatı yayımlanıb.
"Marja" hesabata istinadən xəbər verir ki, Türkiyədə otel doluluğu bu ilin ilk yarısında 2018-in eyni dövrü ilə müqayisədə 1,1% artaraq 63,8%-ə çatıb. Bu dövrdə, otaq başına əldə edilən orta gəlir 8,9% artımla 44,5 avroya yüksəlib (boş qalan otaqlar nəzərə alınmaqla). Gündəlik satılan otaqlardan orta gəlir isə 69,8 avro təşkil edib.
Artıma baxmayaraq Türkiyə doluluq nisbətinə görə Avropadan geridə qalır. Avropada doluluq orta hesabla 69,7%, otaq başına əldə edilən gəlir isə 77,1 avro təşkil edib.
İstanbulda doluluq nisbəti 67,2%, Antaliyada 60,3% təşkil edib. İstanbulda otaq başına əldə edilən gəlir 58,4 avroya, Antaliyada isə 40,1 avroya qalxıb. Gündəlik satılan otel otaqlarından əldə edilən gəlir İstanbulda 69,7 avro, Antaliyada isə 64,7 avro olub.
Avropada otel doluluq nisbəti ən yüksək İrlandiyadadır
2019-cu ilin 1-ci yarısında Avropada ən yüksək doluluğa 76,1% ilə İrlandiya nail olub. İsveçrə isə 199 avro ilə ən yüksək orta otaq qiymətinə çatan ölkə olub. Avropada otellərin ən çox dolu olduğu şəhər Dublindir - 81,5%. Doluluq nisbəti 70,9%-ə çatan Cenevrədə otaq qiyməti 245 avroya qalxıb. Cenevrə otel qiymətlərinə görə Avropanın ən bahalı şəhəridir.
Azərbaycanda mehmanxana otaqlarının təxminən 80 faizə yaxını boşdur
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda mehmanxanaların birdəfəlik tutumundan (yataq yerlərindən) istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi (doluluq nisbəti) 21,6 faiz təşkil etmişdir.
Bu göstərici Şabranda 48,6 faiz, Naftalanda 47,9 faiz, Bakıda 32,9 faiz, Beyləqanda 30,9 faiz, Qəbələdə 28,2 faiz, Qubada 24,5 faiz, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
-
11 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
13 saat əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Ən çox oxunanlar
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti









.jpg)
















