Gömrükdə monopoliyanın azaldığını göstərən fakt - SAYI 2 İLDƏ 2 DƏFƏDƏN ÇOX ARTIB
Azərbaycanda xarici iqtisadi fəaliyyət (XİF) iştirakçılarının sayı kəskin artıb. Xarici iqtisadi fəaliyyət iştirakçısı dedikdə malların və xidmətlərin idxalı və ixracı ilə məşğul olan şəxs başa düşülür.
“Marja” Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin 7 ayı ərzində xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 24 895 şəxs olub. Bu say 2017-ci ilin 7 ayı ərzində 9 865, ötən ilin eyni dövründə isə 13 934 təşkil etmişdi. Qısası, son 2 ildə idxal və ixrac ilə məşğul olan şəxslərin sayı 2,5 dəfə, son 1 ildə isə 1,8 dəfə artıb.
Ötən il xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 25 123 şəxs olmuşdu (31 Dekabr 2018-ə olan məlumat). Ötən ilin yekunu ilə müqayisədə bu ilin 7 ayı ərzində xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 228 şəxs azalıb.İlin qalan 5 ayı ərzində iştirakçıların sayının artacağı gözlənilir.
2017-ci illə müqayisədə 2018-ci ildə xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 9037 şəxs və ya 56% artmışdı.
1400-Ə YAXIN ŞİRKƏT İDXAL VƏ YA İXRACLA MƏŞĞUL OLMAĞA BAŞLAYIB
2019-cu ilin 7 ay ərzində 24 895 xarici iqtisadi fəaliyyət iştirakçısının 17 959-u fiziki şəxslər, 6 936-sı hüquqi şəxslər olub. Ötən ilin eyni dövründə xarici iqtisadi fəaliyyət iştirakçılarının 6 936-sı fiziki, 5 563-ü hüquqi şəxs olmuşdu. Ötən ilin 7 ayı ilə müqayisədə bu il fiziki şəxslərin sayı 11023 şəxs və ya 2,5 dəfə, hüquqi şəxslərin sayı isə 1373 və ya 20% artıb.
2018-ci ildə xarici iqtisadi fəaliyyət ilə məşğul olmuş 25 123 şəxsin 17 731-i fiziki, 7 392-si hüquqi şəxs olmuşdu. Bu ilin 7 ayı ərzində xarici iqtisadi fəaliyyət ilə məşğul olan fiziki şəxslərin sayı 228 artıb, hüquqi şəxslərin (şirkətlərin) sayı isə 456 azalıb.
2019-cu ilin 7 ay ərzində dövlət sektorundan 244 şəxs, özəl sektordan 6 692 şəxs idxal və ya ixrac fəaliyyəti ilə məşğul olub. Ötən ilin eyni dövründə bu say müvafiq olaraq 198 və 5 365 idi.
Xarici iqtisadi fəaliyyət (XİF) iştirakçıları haqqında məlumat
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
16 san. əvvəl
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
-
6 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
14 d. əvvəl
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
- 23 d. əvvəl
-
25 d. əvvəl
Azərbaycan alma ixracından 37 milyon dollar qazanıb - 14,6%-LİK ARTIM
- 29 d. əvvəl
-
32 d. əvvəl
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
- 35 d. əvvəl
- 40 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb
Ən çox oxunanlar
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
Azərbaycan 5 ayda 354 milyon dollarlıq tərəvəz və meyvə ixrac edib - 55 milyon dollar lıq və ya 18,6%-lik artım
Qızıl ixracı nəzərə alınmasa Azərbaycanın neyri-neft-qaz ixracında artım tempi aşağıdır
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq


























