Fintex-startapçılar üçün yeni layihə başlayır - AZƏRBAYCANDA İLK DƏFƏ, YENİLƏNİB
-Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə "Bank Respublika" və "İnnoland" bank sistemində fintexlərlə qarşılıqlı əlaqələrin genişləndirilməsi üzrə yeni layihəyə imza atır.
-Developerlər bank müştəriləri üçün müştəri yönümlü və onların ehtiyaclarını qarşılayan proqram və xidmətlər yarada biləcəklər.
Son illərdə ölkənin bank sektoru rəqəmsal transformasiyanın dərinləşməsi istiqamətində ardıcıl addımlar atır. Rəqəmsal transformasiya sürətləndikcə innovativ texnologiyaların realizasiyasının genişlənməsi, fintex-startaplar ilə qarşılıqlı əlaqələrin möhkəmlənməsi, bank müştəri münasibətlərinin rəqəmsal mühitdə qurulması mühüm əhəmiyyət kəsb edir.
Bu istiqamətdə, “Bank Respublika” ASC və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə ölkədə ilk dəfə olaraq fintex-startup-lar üçün “Open Banking Lab” layihəsinə başlayır.
“Bank Respublika”dan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, 16 həftə davam edəcək layihə çərçivəsində fintex-startapçılar fərdi və ya komanda şəklində öz ideyalarını təqdim edə biləcəklər. İlkin seçmə mərhələləsini keçən fintex-startuplar inkubasiya proqramında iştirak edərək qabaqcıl ekspertlərin iştirakı ilə təlim keçə biləcəklər. Eyni zamanda, fərqlənən iştirakçılara ölkədə ilk dəfə olaraq “Bank Respublika” ASC-nin maliyyə xidmətlərinə qoşulmaq üçün test rejimində olan Açıq API interfeysinə çıxış veriləcəkdir.
Açıq API (Open API) - müştərilərə bank xidmətlərini bankdankənar servislər, məsələn, ödəniş platformaları və ya onlayn kredit platformaları vasitəsilə əldə etmək imkanı verən bir mexanizmdir. Açıq API vasitəsilə developerlər bank müştəriləri üçün müştəri yönümlü və onların ehtiyaclarını qarşılayan proqram və xidmətlər yarada biləcəklər.
"Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə “Bank Respublika” ASC tərəfindən ölkədə ilk dəfə olaraq test rejimində Açıq API laiyhəsinin bu cür təqdim edilməsi banklarla fintexlər arasında qarşılıqlı əməkdaşlığın möhkəmlənməsi, qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi imkanlarının qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir"- məlumatda deyilir.
Mövzu ilə əlaqədar "Bank Respublika" ASC-nin İdarə Heyəti sədrinin müavini Elnur Həsənov və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin Direktoru Məmməd Kərim "Marja"ya açıqlama verib
“İlk növbədə layihənin həyata keçirilməsində göstərdikləri dəstəyə görə Maliyyə Bazarlarına Nəzarət Palatasına və INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinə təşəkkürümü bildirmək istərdim. Bank Respublika universal rəqəmsal bankın yaradılması strategiyasını ardıcıl olaraq həyata keçirir. Açıq APİ-yə əsaslanan inkubasiya proqramının innovativ layihəsini işə salmaqla, ölkədə ilk dəfə olaraq ideyalar, həllər və qarşılıqlı əlaqə üçün test mühiti yaradırıq. Əminəm ki, fintex-şirkətləri ilə əməkdaşlıq imkanlarımızı həyata keçirməyə kömək edəcək və ölkədə bank sektorunun rəqəmsal transformasiyasına təkan verəcəkdir ", deyə Bank Respublikanın İdarə Heyəti sədrinin müavini Elnur Həsənov bildirdi.
“İnnoland ölkədə innovasiya təşəbbüslərinin bir araya gəldiyi rəqamsal və fiziki platformadır. Bu platformada bugünə qədər bir sıra mövzularda proqramlar həyata keçirmişik. Həmişə qeyd etdiyim kimi, bu proqramların ən ölçülə bilən və tez nəticəsini görmək imkanı olan sektorlar maliyyə və telekomdur. Çox xoş haldır ki, bugün biz Maliyyə texnologiylarının inkişafını nəzərdə tutmuş bir proqramın startın veririk. Bank Respublikanın bu mövzuda öncüllük etməsi və ciddi dəstəyi düşünürəm ki, qeyd olunan proqramı uzun ömürlü və faydalı edəcək”, -Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin Direktoru Məmməd Kərim bildirdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 3 gün sonra
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
13 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 13 saat əvvəl
-
16 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
16 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
16 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
16 saat əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
16 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
Ən çox oxunanlar
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb





























