Azərbaycanın nüvə şirkətinə pul qoyulur
“Milli Nüvə Tədqiqatlar Mərkəzi” QSC nizamnamə kapitalını formalaşdırır.
13 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Milli Nüvə Tədqiqatlar Mərkəzi” QSC-nin hər birinin nominal dəyəri 10 (on) manat olan 300 000 (üç yüz min) ədəd adi səhmlərin ilkin buraxılışı AZ1001019988 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Səhmlər qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək. Yerləşdirmədən sonra ASC 3 milyon manat nizamnamə kapitalına malik olacaq.
Qeyd edək ki,Azərbaycan Prezidenti İlham Əliyevin nüvə elmləri və texnologiyaları, onların kadr potensialının inkişafı məqsədi ilə imzaladığı 8 may 2014-cü il tarixli, 442 saylı sərəncamı ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Milli Nüvə Tədqiqatları" Qapalı Səhmdar Cəmiyyəti yaranıb. Bu tarixi sərəncam ilə Azərbaycanda nüvə elmləri, nüvə və radiasiya texnologiyalar inkişafının yeni mərhələsinin əsası qoyulub. Daha ətraflı: http://www.mntm.az/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
20 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 20 saat əvvəl
-
22 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























