"Qızıl bahalaşmayacaq"
Qlobal miqyasda insanların cari gəlirlərinin azalması qızıla olan tələbatı azaldacaq, bu da öz növbəsində qızılın bahalaşmasına mane olacaq.
B "World Gold Council" marketinq şirkətinin direktoru Con Malliqan (John Mulligan) "Gazeta.ru" saytına müsahibəsində bildirilib.
Onun sözlərinə görə, qızılın qiyməti bu ilin yanvar-noyabr aylarında 23% yüksəldikdən sonra son bir ayda 13% ucuzlaşaraq 1 130 dollar/unsiyaya kimi geriləyib. İlin əvvəlində maliyyə bazarlarında olan mənfi amillər və uçot dərəcələrinin aşağı səviyyədə olması investorları təhlükəsiz maliyyə aləti olan qızıla yönəldib. Lakin indi, dünyada faizlər artmağa başlayıb, investorlar riskli aktivlərə yönəlməyə başlayıb. Ən əsası da odur ki, dünya qızıl ticarətinin yarısının həyata keçirildiyi Çin və Hindistan bazarlarında yaranan problemlər qızıla tələbatı ciddi şəkildə azaldıb. Belə ki, Hindistanda pul islahatları nəticəsində ölkədəki əsginasların 96%-i dəyişib. Çində isə yuanın ucuzlaşması və alıcılıq qabiliyyətinin zəifləməsi əhalinin yatırımlarını azalmasına səbəb olub. Sadalanan amillər fonunda qızılın yaxın zamanlarda ən yaxşı halda bu səviyyədə qalmasını, böyük ehtimalla isə ucuzlaşmasını şərtləndirir.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
17 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 18 saat əvvəl
-
19 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























