Yeni Hesablaşma agenti modelinin tətbiqinə başlanılıb
2 avqust 2019-cu il tarixindən etibarən Azərbaycanın qiymətli kağızlar bazarında “Qiymətli kağızlarla klirinq və hesablaşmalar üzrə hesablaşma agenti modeli”nin tətbiqinə başlanılıb.
Milli Depozit Mərkəzindən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, yeni modelin tətbiqində məqsəd Azərbaycanın qiymətli kağızlar bazarında klirinq və hesablaşmaların beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, bazarda likvidliyin daha səmərəli tənzimlənməsi və bütövlükdə Azərbaycanın qiymətli kağızlar bazarının daha da inkişaf etdirilməsidir.
Yeni modelə əsasən qiymətli kağızlar bazarında pul hesablaşmaları kommersiya bankları tərəfindən həyata keçirilməyə başlayır, qiymətli kağızlar üzrə hesablaşmaların aparılması isə daha öncədən olduğu kimi klirinq təşkilatı qismində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən həyata keçirilir.
“Beləliklə, mütərəqqi təcrübə əsasında hazırlanmış hesablaşma agenti modeli aktivlərin əvvəlcədən bloklaşdırılması zərurətinin aradan qaldırılması, qarantiya mexanizmlərinin təkmilləşdirilməsi, pul hesablaşmaları üzrə real ödənişə qarşı çatdırılma (DVP) mexanizminin tətbiqi kimi üstünlüklərə malik olaraq bankların kapital bazarına cəlb edilməsinə, investisiya şirkətləri üçün yeni maliyyə imkanlarının yaradılmasına xidmət edir.
Bunlarla yanaşı, hesablaşma rejimlərinin optimallaşdırılması məqsədilə yeni hesablaşma modelinin tətbiqi səhmlər və dövlət istiqrazları ilə yanaşı, korporativ istiqrazların da təkrar bazar əqdləri üzrə hesablaşmaların “T+0” rejimindən “T+1” rejiminə keçidini mümkün edir. Bu da öz növbəsində xarici investorların yerli bazara cəlb edilməsi, onların bazarda iştirakının təşviq edilməsi, eləcə də yerli investorların investisiya imkanlarının genişləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir”,- Mərkəzin məlumatında deyilir.
Qeyd edək ki, modelin tətbiq edilməsinə dair “Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə klirinq və hesablaşmaların aparılmasına dair Kollektiv Saziş” cari ilin 27 may tarixində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, “Azər Türk Bank” ASC, “PAŞA Bank” ASC, “Xalq Bank” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC və hazırda bazarda fəaliyyət göstərən 8 investisiya şirkəti arasında imzalanmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
17 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir





















