1-ci mikrorayonda ilkin 34 bina söküləcək
"Bakı şəhərinin 1-ci mikrorayonunun ərazisində aparılacaq yenidənqurma işləri üzrə aparılan ilkin araşdırmalara görə, həmin ərazidə 34 bina söküləcək".
Bunu Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bu gün keçirilən mətbuat konfransında bildirib.
O deyib ki, yeni tikilən binaların isə sayı 30-u keçməyəcək və bir-iki blokdan ibarət olacaq: "Yəni mərtəbələrində sayı artacaq. Boş ərazilərdə park və insanların ümumi istifadəsində olan ərazilər artacaq. Yəni yaşıllıq ərazilərinin sayı artacaq. Həmin ərazidən 1729 ailə köçürüləcək".
10 FİZ ARTIQ OLACAQ
Elxan Əsədov bildirib ki, "akı şəhərinin 1-ci mikrorayonunun ərazisində aparılacaq yenidənqurma işləri zamanı yeni tikilən mənzillərin ümumi sahəsi sakinlərə məxsus olan mənzilin ümumi sahəsindən ən azı 10 faiz artıq olacaq.
O deyib ki, həmin ərazilərdə çoxlu qeyri-yaşayış binaları var: "Əgər bu qeyri-yaşayış sahələrinin sahibləri istəsələr öz sahələrini birdəfəlik satıb, yeni tikilən binalardakı qeyri-yaşayış yerlərinə iddiaçı olmaya da bilərlər. Yəni belə variantlar da mümkündür. Bu işlər tərəflər arasında bağlanmış müqavilələrlə idarə olunacaq".
Qeyd edək ki, baş nazir Artur Rasi-zadə “Bakı şəhərinin 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə” qərar imzalayıb. Qərar "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin mikrorayonlarında əsasən Fransanın "Kamyu" şirkətinin istehsalı olan və sonralar "Xruşşovka" kimi tanınan müvəqqəti yaşayış üçün nəzərdə tutulan, öz istismar müddətini başa vurmuş iripanelli yaşayış binalarında yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi üçün həmin binaların sökülərək yerində müasir tələblərə uyğun yeni çoxmərtəbəli binaların tikilməsi məqsədi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əlaqədar təşkilatlarla razılaşdırılmış təklifini nəzərə alaraq imzalanıb.
Qərarla Bakı şəhərinin 1-ci mikrorayonunun ərazisində aparılacaq yenidənqurma işləri üzrə sifarişçi funksiyası Fövqəladə Hallar Nazirliyinə həvalə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























