“Statoil” Azərbaycanın 3 yatağında daha çox neft-qaz aşkarlayıb
Norveçin “Statoil” şirkəti Azərbaycanın “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” yataqlarının kəşfiyyatı və işlənməsi ilə bağlı tədqiqatlarının yekunlarına dair hesabatı Energetika Nazirliyinə təqdim edib. Bu barədə nazirliyin məlumatında deyilir.
Energetika naziri Natiq Əliyev şirkət nümayəndələri ilə görüşdə qeyd edib ki, hazırda neft-qaz yataqlarının işlənməsində iri layihələr həyata keçirilir və “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” yataqlarının işlənməsi bu istiqamətdə növbəti mərhələni təşkil edə bilər. “SOCAR ilə “Statoil” arasında bu yataqların işlənməsi üzrə proseslərin intensivləşməsi aktuallıq kəsb etməklə yanaşı, məqsədə tam uyğundur”, - deyə o vurğulayıb.
“Statoil”un Azərbaycan üzrə meneceri Karsten Stoltenberq isə şirkətin “Şahdəniz” layihəsini tərk etsə də, “Azəri-Çıraq-Günəşli”, digər layihələrdə SOCAR-ın əsas tərəfdaşlarından biri olaraq qaldığını və “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” yataqları üzrə uzunmüddətli əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb.
O, 2012-ci ildə təmsil etdiyi şirkətin “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” yataqlarının kəşfiyyatı ilə bağlı işlərə başladığını, 2014-cü ildə isə SOCAR-la müqavilə imzaladığını xatırladaraq, yeni texnologiyaların tətbiqi nəticəsində 90-cı illərin sonunda aparılmış tədqiqatlarla müqayisədə əhəmiyyətli nəticələr əldə edildiyini bildirib.
“Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” yataqlarının kəşfiyyatı və işlənməsi ilə bağlı tədqiqatların təqdimatı zamanı sahədə quyuların qazıldığı, 3D seysmik kəşfiyyat işləri aparıldığı, çıxarıla bilən və yerində olan neft-qaz ehtiyatlarının ilkin göstəricilərdən daha çox aşkarlandığı barədə məlumatlar diqqətə çatdırılıb. Bununla yanaşı qeyd edilib ki, “Aypara” perspektiv strukturu da tədqiqata cəlb edilib və neft-qaz ehtiyatları hesablanıb.
N.Əliyev isə deyib ki, Azərbaycanın yaratdığı infrastrukturun uzunmüddətli işləkliyinin təmin edilməsi üçün yeni resurslara ehtiyac var və belə hesablama və tədqiqatlar imkanların qiymətləndirilməsi üçün son dərəcədə vacibdir. Nazir “Statoil”u işləri sürətləndirərək danışıqlar mərhələsindən saziş mərhələsinə keçirməyə çağırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























