“Ziraat Bank Azərbaycan”ın son vəziyyəti məlum oldu
“Ziraat Bank Azərbaycan” ASC 2019-ci ilin birinci yarısı üzrə (30 İyun 2019-cu il tarixinə) maliyyə göstəricilərini açıqlayıb.
“Marja” Banka istinadən xəbər verir ki, cari ilin 1-ci yarısında “Ziraat Bank Azərbaycan” kiçilib. Belə ki, 6 ay ərzində Bankın cəmi aktivləri 33 milyon 759 min manat və ya 14,8% azalaraq 30 İyun 2019-cu il tarixində 194 milyon 159 min manata düşüb. Aktivlərin azalmasının səbəbi Bankın Mərkəzi Bankda müxbir və başqa banklardakı müxbir hesablarda vəsaitləri azaltmasıdır. Məsələn, qeyri-rezident banklardakı vəsait 46 milyon 792 min manatdan 8 milyon 536 min manata düşüb.
2018-ci ilin İyun ayının sonu ilə müqayisədə (12 aylıq dövrdə) “Ziraat Bank Azərbaycan”ın cəmi aktivləri 15,5% azalıb. Ötən ilin birinci yarısının sonunda Bankın aktivləri 229 milyon 867 min manat təşkil etmişdi.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
Aktivlərin əsas tərkib hissəsi olan müştərilərə verilən kreditlər isə artıb. Ötən ilin sonu ilə müqayisədə müştərilərə verilən kreditlər 15 milyon 628 min manat arataraq 121 milyon 116 min manata yüksəlib.
Ötən ilin İyun ayının sonu ilə müqayisədə isə Bankın müştərilərə verdiyi kreditlər 31 milyon 554 min manat və ya 35,2% artıb.
DEPOZİTLƏR AZALIB
“Ziraat Bank Azərbaycan”ın öhdəlikləri 2018-ci ilin İyun ayının sonu ilə müqayisədə 38 milyon 77 min manat və ya 23,4%, ötən ilin Dekabr ayının sonu ilə müqayisədə isə 35 milyon 759 min manat və ya 22,3% azalaraq 124 milyon 727 min manata düşüb.
Öhdəliklərin azalmasının səbəbi depozitlərin azalmasıdır. Ötən ilin İyununda 94 milyon 277 min manat təşkil etmiş depozitlər bu il İyunun sonunda 65 milyon 657 min manata düşüb (28 milyon 620 min manat və ya 30,3% azalıb). Fiziki şəxslərin müddətli depozitləri (əsasən əhalinin əmanətləri) 42 milyon 70 min manatdan 40 milyon 83 min manata geriləyib. Bankda daha çox hüquqi və fiziki şəxslərin tələbli depozitləri azalıb. Müqayisə olunan tarixlərdə hüquqi şəxslərin tələbli depozitləri 22 milyon 720 min manatdan 12 milyon 980 min manata düşüb. Müştərilərin pullarının geri götürmələri Bankın aktivlərinin azalmasında da öz əksini tapıb.
Bankların və digər maliyyə institutların depozitləri isə ötən ilin İyun ayının sonundakı 56 milyon 540 min manatdan 51 milyon 316 min manata geriləyib.
Ötən ilin İyun ayının sonu ilə müqayisədə “Ziraat Bank Azərbaycan”ın cəmi kapitalı 2 milyon 370 min manat artaraq 69 milyon 432 min manata yüksəlib.
XALİS MƏNFƏƏTİ ARTIB
“Ziraat Bank Azərbaycan” ASC 2019-cu ilin birinci yarısını (yanvar-iyun) 1 milyon 803 min manat xalis mənfəətlə başa vurub. Müqayisə üçün qeyd edək ki, bank ötən ilin birinci yarısını 1 milyon 137 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən ilin birinci yarısı ilə müqayisədə “Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti 58,5% artıb. Xalis mənfəətin artması - Bankın ötən ilin eyni dövrü ilə müqayisədə ehtiyatlara daha az vəsait ayırması və daha az mənfəət vergisi ödəməsilə bağlıdır.
FAİZ GƏLİRLƏRİ ARTIB, QEYRİ-FAİZ GƏLİRLƏRİ AZALIB
Cari ilin ilk 6 ayında “Ziraat Bank Azərbaycan”ın cəmi gəlirləri 10 milyon 666 min manat, o cümlədən faiz gəlirləri 8 milyon 981 min manat, qeyri - faiz gəlirləri 1 milyon 684 min manat təşkil edib. Ötən ilin eyni dövründə bankın cəmi gəlirləri 8 milyon 552 min manat, o cümlədən faiz gəlirləri 5 milyon 981 min manat, qeyri-faiz gəlirləri 2 milyon 571 min manat təşkil etmişdi.
XƏRCLƏRİ DAHA ÇOX ARTIB, ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
“Ziraat Bank Azərbaycan”ın gəlirlərinin artması ilə bərabər xərcləri daha çox artıb və əməliyyat mənfəəti ötən ilin birinci yarısında 3 milyon 26 min manat ikən, cari ilin birinci yarısında 2 milyon 396 min manat təşkil edib (20,8% azalıb). Əməliyyat mənfəətinin azalmasına baxmayaraq xalis mənfəətin artması,əsasən, Bankın aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına daha az ayırma etməsi ilə əlaqədardır. Əgər Bank ötən ilin yanvar-iyun dövründə ehtiyatlara 1 milyon 652 min manat ayırmışdısa, bu ilin eyni dövründə 550 min manat ayırıb (3 dəfə az). Qeyd edək ki, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına vəsait əməliyyat mənfəətindən ayrılır.
2019-cu ilin 1-ci yarısında 10 milyon 666 min manat cəmi gəlirlərə qarşı cəmi xərclər (ehtiyata ayırma daxil) 8 milyon 819 min manat təşkil edib. Nəticədə 1 milyon 846 min manat vergilər ödənilənədək mənfəət formalaşıb. Bank mənfəətdən 43 min manat mənfəət vergisi ödəyib. Nəticədə cari ilin birinci yarısını 1 milyon 803 min manat xalis mənfəətlə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 1-ci yarısında 8 milyon 552 min manat cəmi gəlirə qarşı cəmi xərclər 7 milyon 177 min manat təşkil etmişdi. Nəticədə 1 milyon 374 min manat vergilər ödənilənədək mənfəət yaranmış və bu mənfəətdən 237 min manat mənfəət vergisi ödənilmişdi.
30 İyun 2019-cu il tarixində “Ziraat Bank Azərbaycan” 66 milyon 492 min manat məcmu kapitala malik olub.
“Ziraat Bank Azərbaycan”ın aktivlərinin azalmasına baxmayaraq müştərilərə verilən kreditlərin artması, eyni zamanda faiz gəlirlərinin artması müsbət trenddir. Həmçinin, ehtiyatlara ayırmanın azalması problemli kreditlərin artmasının səngidiyinə işarədir. Bankın xərclərinin artmasının əldə edilən faydanı silməsi isə yaxşı hal deyil.
“Ziraat Bank Azərbaycan” ASC-nin səhmdarları “T.C.Ziraat Bankası Anonim Şirkəti” (99.98%), “Ziraat Sigorta Anonim Şirkəti” (0.01%) və “Ziraat Yatırım Menkul Değerler Anonim Şirkəti”dir (0.01%).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 3 gün sonra
-
-
7 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 7 saat əvvəl
-
9 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
9 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
9 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
10 saat əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
10 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
-
10 saat əvvəl
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Ən çox oxunanlar
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb
"Ağbənd buraxılış məntəqəsi yaxın vaxtlarda istifadəyə veriləcək"
Dövlət Gömrük Komitəsində nə dəyişir? Şahin Bağırov şəffaflıq tədbirlərini açıqladı
Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib
Gömrük Komitəsinin sədri bu suala konkret cavab verə bilmədi - "İlin sonunda daha dolğun cavab vermək mümkün olacaq"






























