Azərbaycanlılar niyə kütləvi şəkildə xaricdə əmlak alır?
Son illər Azərbaycan vətəndaşlarının xarici ölkələrin, o cümlədən qonşu Türkiyə və Gürcüstanın daşınmaz əmlak bazarında fəallığı hiss olunur.
Həmvətənlərimiz kütləvi şəkildə hər iki ölkədə mənzillər, fərdi evlər, torpaq sahələri və kommersiya obyektləri alır.
Məsələn, bu ilin yanvar-may aylarında Azərbaycan vətəndaşları Türkiyədə 460 daşınmaz əmlaka, əsasən mənzillərə sahib olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 40% çoxdur. Rəqəmləri Türkiyənin Statistika İdarəsi açıqlayıb.
Təkcə, 2019-cu ilin may ayında isə Türkiyədə azərbaycanlıların mülkiyyətinə 90 mənzil keçib. Bu isə 2018-ci ilin may ayına nisbətən 20% çoxdur.
Türkiyədə əmlak sahibi olan Azərbaycan vətəndaşlarının sayı dəqiq açıqlanmasa da, Gürcüstanda bu rəqəm 2017-ci ilin əvvəlinə 1700-yə yaxın olub.
Gürcüstanın Miqrasiya məsələləri üzrə hökumət komissiyasının 2012-2016-cı illəri əhatə edən son hesabatına əsasən, ölkədə əcnəbilərin mülkiyyətində olan 34 024 daşınmaz əmlakın 4,9%-i və yaxud 1 678-i azərbaycanlılara məxsusdur. Bunun isə 1 133-ü kənd təsərrüfatı torpağı, 126-sı qeyri-kənd təsərrüfatı torpağı, 419-u isə mənzil və yaxud yaşayış evidir.
Baş ofisi Gürcüstanda yerləşən "York Towers Developments" beynəlxalq şirkətinin Əmlak üzrə məsləhətçisi Ahmed Amin bildirib ki, "Azərbaycan vətəndaşları Tbilisidə mənzil əldə etməyə böyük maraq göstərirlər: "Bu maraq getdikcə daha da artır".
Onun sözlərinə görə, Azərbaycan vətəndaşları Tbilisidə daha çox investisiya qoymaq məqsədilə mənzil alırlar.
O deyib ki, şirkət 2016-cı ildən fəaliyyət göstərir və Tbilisidə artıq 3 yaşayış kompleksi layihəsini başa çatdırıb: "Hazırda Tbilisidə digər bir böyük layihənin tikintisi davam edir və işlər 2 ildən sonra yekunkaşacaq. Bu layihəyə də Azərbaycan vətəndaşları böyük maraq göstərir. Gürcüstan qanunvericiliyinə görə əcnəbi vətəndaş çox asanlıqla ölkədə mənzil əldə edə bilir".
Gürcüstanda fəaliyyət göstərən “Red-Co” daşınmaz əmlak şirkətinin marketinq meneceri Katya Absandze isə deyir ki, Azərbaycan vətəndaşları adətən Batumi və Qudauri kimi turizm mərkəzlərində inşa edilmiş binalardan mənzillər alırlar: “Azərbaycan vətəndaşlarının fəallığı ilin bütün mövsümlərində müşahidə edilir, alıcılar əsasən fiziki şəxslərdir”.
Bəs azərbaycanlar niyə kütləvi şəkildə xaricdə əmlak alır?
Bununla bağlı MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov açıqlama verib. Onun fikrincə, Azərbaycan vətəndaşları "sadəcə xaricdə evim olsun" deyə qonşu ölkələrin daşınmaz əmlak bazarına pul yatırmırlar.
"Məsələn, vətəndaşlarımız həm istirahət etmək, həm də təhsil almaq üçün daha çox Türkiyəyə gedir. Bunun üçün onlara yaşayış yeri lazımdır və hər dəfə xərc çəkib kirayəyə ev tutmaqdansa, oteldə qalmaqdansa birdəfəlik əmlak almağa üstünlük verirlər. Yatırımda digər səbəb risklərin bölüşdürüməsi ola bilər. Yəni, insanlar bütün vəsaiti Azərbaycana qoymaqla müəyyən risklə qarşılaşa bilər, buna görə də həmin riski bir növ paylayırlar”, - deyə o, qeyd edib.
İqtisadçı-ekspert Rəşad Həsənov isə hesab edir ki, Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlər real dəyərdən xeyli yüksəkdir, odur ki, ölkə vətəndaşları yerli bazara investisiya qoymaqdansa, xarici bazara üz tutmağı daha məqsədəuyğun hesab edirlər.
"Son 20 ildə Azərbaycan daşınmaz əmlak bazarında süni, reallığa uyğun gəlməyən qiymətlər formalaşdı, insanların əmlaka əlçatanlığı azaldı. Paralel olaraq Türkiyə və Gürcüstanda daşınmaz əmlak əldə etmək üçün qanunvericilik sadələşdirildi və istər-istəməz azərbaycanlılar bu iki ölkəyə meylləndilər, onlara investisiya qoydular", - deyə o, qeyd edib.
Bundan başqa, mütəxəssisin sözlərinə görə, Azərbaycanda daşınmaz əmlakın gəlirliliyi qonşu ölkələrlə müqayisədə aşağıdır. Yəni, Türkiyə və Gürcüstanda əmlak alanlar onun pulunu kirayə (icarə) yolu ilə daha tez çıxarır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Report"
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
4 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
4 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
4 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
5 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
SOCAR ilə İslam Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb

























