“ABB-Gürcüstan”ın baş direktoruna vəzifə verildi
“Azərbaycan Beynəlxalq Bankı (ABB)-Gürcüstan”ın baş direktoru Emil Abasbəyli “Gürcüstan Banklar Assosisasiyası”nın (GBA) İdarə Heyətinin üzvü seçilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, onun “Gürcüstan Banklar Assosisasiyası”nın İdarə Heyətinin üzvlüyünə namizədliyi assosiasiya komitəsinin fevral ayında keçirilən iclasında irəli sürülmüşdü.
Bu günlərdə keçirilmiş geniş iclasda E.Abasbəylinin namizədliyi təsdiq olunub və o, GBA İdarə Heyətinin üzvü olub.
E.Abasbəyli “Report”un Gürcüstan bürosuna açıqlamasında deyib ki, GBA 1994-cü ildə yaradılıb. Qurum prezident və 6 nəfərlik İdarə Heyəti tərəfindən idarə olunur. GBA əsasən Gürcüstanda bank xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, investisiya qoyuluşunun dəstəklənməsi, banklar arasında əməkdaşlığın gücləndirilməsi, bank sisteminin təhlükəsizliyinin təmin olunması, kreditləşmənin həcminin artması üçün yeni bank resurslarının yaradılması, habelə, ölkədə bank sektorunun müflisləşməsinin qarşısının alınması kimi funksiyaları həyata keçirir.
“Azərbaycan Beynəlxalq Bankı (ABB)-Gürcüstan” səmərəli və şəffaf fəaliyyətinə görə Gürcüstanda seçilir. Bank şəffaflıq, daimi tərəqqi, hərtərəfli bank xidmətləri və ictimai məsuliyyət göstəricilərinə görə, universal və dinamik inkişaf edən bank standartları əsasında etibarlılıq və müasir bank sisteminin yüksək dərəcəsi nominasiyalarının qalibi olub.
Hazırda “ABB-Gürcüstan” ölkənin bank sektorunda aparıcı yerlərdən birini tutur, iri korporativ müştərilər üçün əsas müştəri bazasıdır.
Baş direktor onu da bildirib ki, fevral ayında Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisələrindən olan “Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan”ın fəaliyyətə başlamasının 10-cu ili tamam olub. Bu bank 2007-ci ilin fevralında Azərbaycan dövlətinin dəstəyiilə fəaliyyətə başlayıb. Hazırda“ABB–Gürcüstan”-ın nizamnamə kapitalı 22,688,000 lari təşkil edir.
“ABB-Gürcüstan”ın əsasmissiyası Gürcüstanın maliyyə bazarında Azərbaycan kapitalının mövqeyini möhkəmləndirmək və biznesin bu kapitala çıxış imkanlarını təmin etmək, Azərbaycanla Gürcüstan arasında iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verməkdir. “ABB-Gürcüstan” ölkənin bank sektorunda mövqelərini getdikcə gücləndirir, iri korporativ müştərilər üçün əsas maliyyə mənbələrindən sayılır.
© Rport
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
8 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























