İranda benzin Yanacaq Kartı ilə satılacaq
İranda 11 Avqustdan etibarən ölkənin bütün əyalətlərində vətəndaşlar benzini yalnız "Yanacaq Kartı" ilə ala biləcəklər.
"Marja" xəbər verir ki, İran Milli Neft Məhsulları Satışı Şirkəti (NIOPDC) tərəfindən verilən açıqlamada, 10 Avqustdan etibarən avtomobil sahiblərinin benzini yalnız ağıllı "Yanacaq Kartı" ilə ala biləcəkləri qeyd edilib.
Açıqlamada kartı olmayanların ya da itirənlərin əlaqədar mərkəzlərə müraciət etmələri vəziyyətində kartların ünvanlarına göndəriləcəyi vurğulanıb.
Hökumətin ölkənin quru sərhədlərindəki qaçaq benzin satışlarının qarşısını almaq üçün belə bir yola müraciət etdiyi bildirilib. Bu tətbiqin kvota sistemi olub-olmadığı ilə əlaqədar hər hansı bir məlumat paylaşılmayıb.
Ölkədə, may ayının əvvəlində bəzi xəbər agentlikləri, benzin satışında "Yanacaq Kartı" tətbiqinə keçiləcəyini və beləcə bir adamın min tüməndən satılan benzindən ayda yalnız 60 litr ala biləcəyini, bundan daha çoxunu almaq istəyənlərin isə litrinə 2 min 500 tümən ödəyəcəyini yazmışdı. İran Milli Neft Şirkəti isə bu iddiaların əsassız olduğunu bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 6 gün sonra
- 2 gün sonra
-
- 10 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı



























