“AzerGold” Finlandiya təcrübəsini nəzərdən keçirir
13-17 may tarixlərində “AzerGold” QSC-nin mütəxəssisləri “Transeuropean Centre Limited” şirkəti tərəfindən Finlandiyanın Xelsinki şəhərində təşkil olunan seminarda iştirak ediblər.
QSC-dən "Marja"ya daxil olmuş məlumata görə, tədbir çərçivəsində “AzerGold” QSC-nin təmsilçiləri geoloji kəşfiyyatın optimallaşdırılmasında istifadə olunan qabaqcıl təcrübə və innovativ texnologiyalar, kern (süxur nümunələrinin) saxlanma anbarının avtomatlaşdırılması və rəqəmsallaşdırılması, həmçinin istehsal və anbar təsərrüfatının avtomatlaşdırılması mövzularında məruzələr dinləyib.
Yokisivu mədəninin istehsal sahəsinə baş tutan səfər zamanı Cəmiyyətin mütəxəssisləri mədənin fəaliyyəti, maliyyə və iqtisadi göstəriciləri, texnoloji sxemi, habelə geoloqlar tərəfindən geniş tətbiq edilən “GEOVIA Surpac™” proqram təminatı ilə yaxından tanış olublar.
Səfər çərçivəsində nümayəndə heyətinin Loppi şəhərində yerləşən Geoloji kəşfiyyat üzrə Finlandiya dövlət idarəsinin milli kern saxlanma anbarına səfəri təşkil olunub. Burada Cəmiyyətin nümayəndələri kern nümunələrinin skanlaşdırılması və analizi üzrə “Scanmobile lab” laboratoriyasının fəaliyyəti ilə tanış olub, həmçinin kern saxlanma anbarının avtomatlaşdırılması və rəqəmsalaşdırılmasının üstünlükləri, rəqəmsal texnologiyaların tətbiqi, XRF skan analizatorunun funksiya və tətbiq sahələri ətrafında geniş müzakirələr aparılıb.
Qeyd edək ki, geoloji kəşfiyyat işlərinin, istehsalat proseslərinin və digər fəaliyyət sahələrinin daha da optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə “AzerGold” QSC təcrübə mübadiləsinə böyük önəm verir. Cəmiyyətin əməkdaşları beynəlxalq tədbirlərdə iştirakı və xarici ölkələrdə yerləşən istehsalat sahələrinə səfərləri zamanı mədənçilik sahəsində mövcud təcrübələri geniş tədqiq edir, qabaqcıl texnologiyaların və innovativ yanaşmaların Azərbaycanda tətbiqi perspektivlərini araşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
10 d. əvvəl
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
- 33 d. əvvəl
- 49 d. əvvəl
-
53 d. əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
16 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Rəsmi məzənnələr açıqlandı
Amazon Web Services Azərbaycanda
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
Ən çox oxunanlar
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!



















.jpg)




