“FINTEX SAMMİT - Maliyyə və Texnologiyalar Sammiti keçiriləcək – Gündəlik
Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili, Kommunikasiya Mərkəzinin dəstəyi ilə 16-17 may 2019-cu il tarixlərində “FINTEX SAMMİT - Maliyyə və Texnologiyalar Sammiti: Ödəmə mühitində yeni trendlər: innovativ həllər, maliyyə texnologiyaları və təhlükəsizlik” adlı Sammit keçiriləcəkdir.
Sammitin gündəliyi və digər məlumatlarla bu keçid vasitəsilə tanış olmaq olar: https://www.gbmevents.az/az/event/fintex-sammiti-maliyye-ve-texnologiyalar-sammiti .
13-17 may “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində keçirilən bu Sammit “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafı üzrə Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafı üzrə Strateji Yol Xəritəsi” və “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişlənməsi üzrə Dövlət Proqramı”nda (Dövlət Proqramı) rəqəmsal transformasiyanın sürətləndirilməsi və innovativ ödəniş həllərinin tətbiqinin genişləndirilməsi prioritet hədəflərinin icrası çərçivəsində, eləcə də “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn əlaqədar vəzifələrin icrası məqsədilə keçirilir. Qeyd edək ki, Dövlət Proqramıda Azərbaycan Banklar Assosiasiyasının üzərinə aşağıdakı vəzifələr qoyulmuşdur:
-Rəqəmsal bankçılığın təşviqi üzrə tədbirlərin həyata keçirilməsi;
-Aşağı gəlirli əhali üçün pulsuz “Baza bank xidmətləri paketi”nin tətbiqinin təşviq edilməsi;
-İstehlakçıların nağdsız qaydada əməliyyaların aparılmasına təşviq edilməsi;
-İş yerlərində rəqəmsal ödənişlər haqqında zəruri biliklərin verilməsi;
-Maliyyə məhsul və xidmətləri üzrə axtarış sisteminin yaradılması.
Sammit dörd Paneldən ibarət olmaqla, “Ənənəvi və yeni texnologiyalar: bankçılığın dəyişən siması – fintexlərin rolu”, “Ödəniş ekosistemi: yeni iştirakçılar, yeni həllər”, “Təhlükəsizlik və risklər” və “Vaxtı keçmiş borcların geri alınmasının müasir texnologiyaları” mözvularını əhatə edəcək.
Aidiyyəti dövlət qurumları, banklar və ödəniş ekosistemində təmsil olunan təşkilatlarla yanaşı, beynəlxalq maliyyə institutlarının, yerli və xarici ictimai təşkilatların, habelə xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin nümayəndələrinin iştirak edəcəyi bu tədbirdə Amerika Birləşmiş Ştatları, Yaponiya, Çin, Hindistan, Avropa Birliyi və Müstəqil Dövlətlər Birliyi ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edəcəkdir.
İştirakçılar və spikerlər arasında Avropa Banklar Federasiyası, Rusiya Mərkəzi Bankı, Beynəlxalq Maliyyə Telekommunikasiya Mərkəzi (SWIFT), həmçinin “Standard Chartered Bank”, “TEB - BNP Paribas” və digər nəhəng banklar, “Visa Inc.”, “MasterCard Worldwide” və “American Express” beynəlxalq kart təşkilatları, eləcə də “Ernst & Young”, “Deloitte”, “Moody’s Investors Service”, “PricewaterhouseCoopers LLP”, “KPMG” “Yandex.Money”, “Türkiyənin “Banklararası Kart Mərkəzi”, “RBK Money”, “QİWI”, “Maliyyə Texnologiyaları Mərkəzi (CFT Qrup)”, “Group-IB”, “Compassplus” və ödəniş ekosistemində təmsil olunan digər nüfuzlu şirkətlərin nümayəndələrinin iştirakı gözlənilir.
Həmçinin “Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi” çərçivəsində ölkə bankları tərəfindən kiçik və orta biznes subyektləri üçün rəqəmsal maliyyə texnologiyaları haqqında seminarların təşkili, maliyyə və rəqəmsal texnologiyalar istiqamətində çalışan startapların öz ideyalarını banklara təqdim etmələrinə imkan yaradan “Fintex və startaplar üçün açıq qapı günləri”, tələbələrə və şagirdlərə rəqəmsal texnologiyalar və startaplarla əlaqədar açıq dərslərin təşkili, onların informasiya texnologiyaları laboratoriyaları ilə tanış olması, eyni zamanda bank əməkdaşları üçün innovativ ödəniş texnologiyaların tətbiqinə dair nüfuzlu beynəlxaq təşkilatlar tərəfindən seminarların təşkili və digər tədbirlər nəzərdə tutulub.
Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
3 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
4 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
4 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
4 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar



















.jpg)
