12 regionda ofisləri və tədarük anbarları yaradılıb
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədr müavini Elşən Əsədov Cəmiyyətin gördüyü işlər və qarşıda duran məsələlərdən danışıb.
Sədr müavini bildirib ki, cəmiyyətin yaradılmasında əsas məqsəd kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına və kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarmaqla istehsalını və emalının stimullaşdırmasına zəmin yaratmaqdan ibarətdir.
E.Əsədov qeyd edib ki, noyabr ayından “Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı” elektron portalı istifadəyə verilib, satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi), satınalınacaq ərzaq məsullarının satınalan təşkilatlar üzrə həcmi və növləri barədə məlumatlar elektron portalda yerləşdirilmiş, hazırda isə istehsalçıların məhsullar üzrə təkliflərinin www.tedaruk.az portalı vasitəsi ilə qəbulu davam etdirilir. Bununla yanaşı respublikanın 12 regionunda cəmiyyətin regional ofisləri və tədarük anbarları yaradılaraq kənd təsərrüfatı məhsullarının tədarükünə başlamaq üçün hazır vəziyyətə gətirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























