Bank olmayan kredit təşkilatlarını məlumatlandırmaq üçün tədbir keçirilib
Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birlikdə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Kaktibliyi (SECO) tərəfindən kənd təsərrüfatının rəqabət qabiliyyətini artırmaq məqsədilə maliyyələşdirilmiş Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznesin Rəqabətliliyi Layihəsi (AİMAR) çərçivəsində 23 aprel 2019-cu il tarixində İFC-nin ofisində Bank olmayan Kredit təşkilatları üçün “Kənd təsərrüfatında mənfəətli dəyər zəncirlərinin maliyyələşdirilməsi: Mikromaliyyə təşkilatları üçün kreditləşdirmə imkanları” adlı tədbir təşkil etmişdir.
AMFA-dan “Marja”ya daxil olmuş məlumata görə, tədbirin məqsədi sağlam kənd təsərrüfatı portfeli yaratmaq üçün kənd təsərrüfatı sektorunun mənfəətli kreditləşməsi, dəyər zəncirlərinin daxilində maliyyəyə olan ehtiyac və risk təsirlərinin azaldılması strategiyaları barədə mikromaliyyə təşkilatlarını məlumatlandırmaqdır.Tədbir zamanı Mikromaliyyə təşkilatları xüsusilə də nəğd pul dövriyyəsinə əsaslanan kreditləşmə modeli, habelə daha az riskli və daha mənfəətli kənd təsərrüfatı portfelinin inkişafına kömək edə biləcək dəstək həlləri və xidmətləri haqqında məlumat əldə etdilər.
Tədbirdə açılış nitqi ilə Beynəlxalq Maliyyə Korporasiyasının Avropa və Mərkəzi Asiya Kənd Təsərrüfatı Maliyyə Xidmətləri üzrə proqram meneceri xanım Liya Soroka, İsveçrə Əməkdaşlıq Təşkilatının Cənubi Qafqaz üzrə regional direktorunun müavini və İsveçrənin Azərbaycan Respublikasında Səfirliyində missiya rəhbərinin (səfirin ) müavini Dr. Simone Haeberli və Azərbaycan Mikromaliyyə Assosiasiyasının Layihələr üzrə meneceri Vüsalə Qarayeva çıxış ediblər.
Xanım Soroka layihənin vəzifə və məqsədləri barədə qısa məlumat verərək BOKT-ların bu imkanlardan yararlanmasını xahiş etmişdir. Dr. Simone Haeberli kənd təsərrüfatının onun ölkəsində olan əhəmiyyətindən və bu sahənin inkişafının Azərbaycanda da iqtisadiyyatın diverfikasiyasına əhəmiyyətli dərəcədə kömək edəcəyinə inandığını vurğuladı və assosiasiyanın köməyi ilə bank olmayan kredit təşkilatlarının da bu layihədən faydalanmmasını tövsiyyə edib.
AMFA-nı təmsil edən xanım Qarayeva ölkədə kənd təsərrüfatının inkişafına assosiasiya olaraq nə qədər önəm verildiyini qeyd edərək bildirdi ki, AMFA bir neçə il qabaq “Kənd təsərrüfatı Kreditlərinin sığortalanması mexanizminin yaradılması” məqsədilə bir neçə ölkənin təcrübəsini öyrənərək tövsiyyələr hazırlamış və əlaqədar dövlət orqanlarına təqdim etmişdir.Bundan əlavə o qeyd etdi ki, dəyər zəncirinin yaradılması bu sahədə olan bir çox çətinliklərin aradan qaldırılmasına yardım edəcək. Ən əsası uzaq perspektivdə kənd yerlərində özünəməşğulluğun inkişafına təkan verərək müəyyən mənada gənc və orta yaşlı insanların kənddən şəhərə axınının qarşısını almış olacaq.Bunun üçün birlikdə dəyər zəncirini yaratmaqda maraqlı olan tərəflərin dəyirmi masa arxasına dəvət edilməsinin və konkret addımlar atılmasının vacib olduğu vurğulanıb.
Daha sonra İFC-nin Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi Layihəsinin mütəxəssisləri xanım Leyla Hüseynli, Ağaməhəmməd Alosmanov, Mirsahab Mirzəyev, Aqil Abdullayev və Andriy Zaripov layihə çərçivəsində Qlobal kənd təsərrüfatı bazarı: Maliyyələşdirmə imkanları; mənfəətli dəyər zəncirlərinin inkişafı: Məikromaliyyə təşkilatları üçün imkanlar və İFC ilə əməkdaşlığın faydaları haqqında iştirakçılara təqdimat etmişlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
13 saat əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
14 saat əvvəl
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
-
14 saat əvvəl
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi 3 ilin ən yüksək səviyyəsində
-
15 saat əvvəl
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
15 saat əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
15 saat əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
15 saat əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
Ən çox oxunanlar
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır



























