200 manatdan çox alış-veriş edənlərə 20 manatlıq hədiyyə kuponu
Kapital Bank ölkədə nağdsız ödənişləri stimullaşdırmaq məqsədilə Bravo marketi ilə yeni aksiya keçirir.
Şərtlərə görə Gənclik Mall ticarət və əyləncə mərkəzinin 1-ci mərtəbəsində fəaliyyət göstərən marketdə 200 AZN və daha çox məbləğdə alış-verişi istənilən kartla nağdsız şəkildə ödədikdə, 20 AZN-lik hədiyyə kuponu təqdim ediləcək.
Hədiyyə olunan məbləği növbəti alış-veriş zamanı istifadə etmək mümkündür. Aksiyadan cümə, şənbə və bazar günləri alış-veriş edən müştərilər bəhrələnə bilər. Kampaniya 15 yanvar 2017-ci il tarixədək davam edəcək.
Qeyd edək ki, Kapital Bank MasterCard International və Visa International beynəlxalq ödəniş sistemlərinin üzvüdür. Ödəniş kartlarını Kapital Bank filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Kapital Bank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.Bankın ölkə üzrə 600-dək bankomatı, 9000-dək POS terminalı vardır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
18 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 18 saat əvvəl
-
20 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























