Baş iqtisadçı "Access Business Talks" iştirakçılarına AİB-in reallaşdırdığı layihələrdən danışıb
AccessBank-ın UNEC-də reallaşdırdığı "Access Business Talks" layihəsinin budəfəki qonağı Asiya İnkişaf Bankının (AİB) Azərbaycan nümayəndəliyinin baş iqtisadçısı Nail Vəliyev olub.
Qonaq tələbələrə AİB-in dünyada, o cümlədən Azərbaycanda reallaşdırdığı layihələr barədə ətraflı məlumat verib. AİB rəsmisi qeyd edib ki, 1966-cı ildə yaradılan adıçəkilən beynəlxalq maliyyə institutunun hazırda 68 üzvü var və onlar arasında Azərbaycan da yer alıb: "Azərbaycan 1999-cu ildən etibarən Asiya İnkişaf Bankının üzvüdür. Əməkdaşlıq müddəti ərzində AİB Azərbaycana 4 milyard dollardan çox vəsait ayırıb ki, onlar enerji, infrastruktur, maliyyə və iqtisadiyyatın digər sahələrinə yönəldilib".
Baş iqtisadçının sözlərinə görə, enerji sahəsində AİB "Şahdəniz" kimi nəhəng yatağın işlənməsini dəstəkləyib. Bundan başqa, Nail Vəliyev bildirib ki, Bakı-Ələt-Astara və Qazax - Gürcüstan sərhədi avtomobil yollarının tikintisi də AİB-in dəstəyi nəticəsində həyata keçirilib: "Onu da qeyd edim ki, AİB-dən cəlb olunan vəsaitlər hesabına Azərbaycanın bir neçə rayonunda su və kanalizasiya layihələri həyata keçirilir, bəziləri isə artıq yekunlaşıb".
Qonaq onu da bildirib ki, AİB ilə Azərbaycan maliyyə sahəsində də ciddi əməkdaşlıq edir: "Asiya İnkişaf Bankının bəzi yerli banklarla əməkdaşlığı olsa da, ilk dəfə olaraq bu il AİB Azərbaycanın bank sektoruna
səhmdar qismində daxil olub və hazırda AccessBank-ın əsas səhmdarlarından biridir. İnanırıq ki, Azərbaycanda reallaşdırdığımız bütün layihələr kimi, bu yatırım da uğurlu olacaq".
Nail Vəliyev əlavə edib ki, AİB kapital bazarının inkişafı üçün də Azərbaycan hökuməti ilə sıx əməkdşalıq edir.
Təqdimatın sonunda mütəxəssis tələbələrlə öz təcrübəsini bölüşüb və onlara bəzi tövsiyələr verib.
Qeyd edək ki, 10 həftə davam edəcək "Access Business Talks" layihəsi çərçivəsində AccessBank-ın əməkdaşları, IELTS və müxtəlif iqtisadi sahələrin mütəxəssisləri tələbələrlə öz təcrübələrini bölüşür. Böyük hissəsi ingilis dilində aparılan bu çıxışların əsas məqsədi tələbələrin dil biliklərini artırmaqla yanaşı, dünyagörüşünün formalaşdırılması, biznes, maliyyə kimi sahələrdə yeni məlumatların əldə edilməsidir.
Tələbələr üçün layihə davam etdiyi müddətdə maraqlı görüşlərlə yanaşı, bankda təşkil olunacaq ekskursiyada hər bir struktur bölmənin iş prosesi ilə yaxından tanış olmaq imkanı yaranacaq. Bundan başqa, layihə bitdikdən sonra tələbələr "AccessBank"da təcrübə proqramı keçib və müvafiq sertifikatla təltif olunacaq.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
2 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
2 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
6 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 12 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb























