"2018-də “DİQLAS”da videoçəkiliş aparmışdıq" - Kəmaləddin Heydərovun sədrliyilə iclas
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə geniş kollegiya iclası keçirilib.
İclasda nazir müavinləri, Nazirliyin Aparatının struktur bölmələri və qurumlarının rəhbərləri iştirak edib.
İclasın gündəliyində duran birinci məsələ olaraq cari ilin fevral ayının 5-də və 6-da Şamaxı, Ağsu və İsmayıllı rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar görülən işlər olub.
Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov Şamaxı, Ağsu və İsmayıllı rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı bugünədək görülən işlərdən danışıb. O qeyd edib ki, 2 aprel 2019-cu il tarixinə 8810 müraciət qeydə alınıb və agentliyin mütəxəssisləri tərəfindən 8352 fərdi yaşayış evinə baxış keçirilib.
Hazırda Şamaxı rayonu ərazisində 267 qəzalı, 1227 evin bərpaya ehtiyacı olması, İsmayıll rayonu ərazisində 101 qəzalı, 290 evin bərpaya ehtiyacı olması və Ağsu rayonu ərazisində 215 qəzalı, 351 evin bərpaya ehtiyacı olması müəyyən edilib.
Bundan başqa, Şamaxı şəhəridə 2 girişli, 4 mərtəbəli, 44 mənzilli yaşayış binasının tikintisi üçün agentliyin “Azərdövlətlayihə” İnstitutu tərəfindən layihə-smeta sənədləri hazırlanıb və hazırda yaşayış binasının tikintisi davam etdirilir. Bundan əlavə, Şamaxı rayonunda bərpa işlərinin aparılması məqsədilə 235 evdə ölçü işləri aparılıb və bundan 132 evin layihə-smeta sənədləri hazırlanır.
K.Heydərov zəlzələnin vurduğu ziyanın həcminin müəyyən edilməsi, o cümlədən yaşayış evləri və sosial obyektlərə komissiyalar tərəfindən baxışın, söküntü-tikinti işlərinin sürətləndirilməsi, tikinti işlərinin ən yüksək standartara uyğun aparılması barədə tapşırıqlar verib.
Daha sonra Kollegiya iclasının gündəliyində duran ikinci məsələ olan martın 26-da Bakı şəhərinin Nizami rayonunda yerləşən “DİQLAS” ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru İsrayıl Əliyev həmin obyektdə yanğın təhlükəsizliyi qaydalarının pozulmasına dair geniş məlumat verib.
O bildirib ki, DYNX-in əməkdaşları yanğına qarşı mövcud vəziyyəti müəyyən etmək üçün 2018-ci ildə obyektdə videoçəkiliş aparıblar. Həmin videonun müşayiəti ilə İsrayıl Əliyev izah edib ki, obyekt yanğına qarşı su hovuzu və avtomatik yanğınsöndürmə qurğusu ilə təmin olunmayıb, obyektin elektrik təsərrüfatı Elektrik Qurğularının Quraşdırılması Qaydalarının tələblərinə cavab vermədən istismar olunub, obyektin təxliyyə yolları müxtəlif əşyalarla tutulub və bununla da əraziyə sərbəst giriş-çıxış məhdudlaşdırılıb, obyektdə malların yığılması zamanı yanğına qarşı ara məsafələrinə riayət edilməyib, obyekt tüstü xaricəetmə və normativ sənədlərin tələblərinə uyğun ventilyasiya sistemləri ilə təmin olunmayıb, obyekt yanğına qarşı su hovuzu ilə təmin olunmayıb, obyektətrafı ərazi müxtəlif avtomobillərlə tutulub, onların xüsusi ayrılmış yerlərdə saxlanılmaqla hadisə zamanı yanğınsöndürmə avtomobillərinin sərbəst yaxınlaşması mümkün olmayıb.
DYMX-nin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov “DİQLAS” ticarət mərkəzində baş vermiş yanğının söndürülməsi ilə bağlı həyata keçirilmiş tədbirlər barədə ətraflı məruzə edib. O deyib ki, “DİQLAS” ticarət mərkəzinin zirzəmisinin mənfi 2 və 3-cü mərtəbələri (zirzəmi) içərisində olan mallarla birlikdə 5000 m2 sahədə, yaxınlıqda olan təsərrüfat malları bazarı 2 ha ərazidə, meyvə-tərəvəz bazarı 2,5 ha ərazidə və 3 mərtəbəli “LOTOS” ticarət mərkəzi yanğından mühafizə olunub.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
K.Heydərov “DİQLAS” ticarət mərkəzindəki yanğınla bağlı yaradılmış istintaq-əməliyyat qrupuna bütün lazımi materialların verilməsinə dair aidiyyəti üzrə göstərişlər verib. O, həmçinin, ölkədə insanların kütləvi toplaşdığı məkanlarda, o cümlədən ticarət və əyləncə obyektlərində yanğın təhlükəsizliyinin təmin edilməsi üçün aidiyyəti üzrə tədbirlərin görülməsinə dair DYNX-in rəisi İsrayıl Əliyev və DYMX-in rəisi Füzuli Əsədova müvafiq tapşırıqlar verib.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 21 saat sonra
-
- 27 d. əvvəl
-
53 d. əvvəl
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik"
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı rəsmi məlumat
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dollarla 8% gəlir: Unibank-ın yeni istiqrazlarının detalları açıqlandı
-
2 saat əvvəl
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik"
"Rabitəbank" 10 milyon dollarlıq saziş imzalayıb
Ən çox oxunanlar
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
Rəsmi məzənnələr açıqlandı
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
İlk 5 ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 16,6% artaraq 1,5 milyard dolları təşkil edib
Bu gün PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsinə başlanılır






















