"Yeni Fikir" startap müsabiqəsi 6-cı dəfə keçirilir
"Yeni Fikir" startap müsabiqəsi 6-cı dəfə keçirilir.
Azərbaycanda innovasiya ekosisteminin formalaşmasında, o cümlədən startapların inkişafında xüsusi rol oynayan Bakı Mühəndislik Universiteti (BMU) bu sahədə BP şirkəti ilə əməkdaşlıq edir. Belə ki, 6-cı dəfə keçirilən "Yeni Fikir" startap müsabiqəsi BMU-nun təşkilatçılığı və BP-nin maliyyə dəstəyi ilə həyata keçirilir.
“Yeni Fikir” startap müsabiqəsinin layihə rəhbəri Dosent İsa Qasımovun “Marja”ya təqdim etdiyi məlumata görə, "Yeni Fikir" startap müsabiqəsi innovativ sahibkarlığın (startapların, texnosahibkarlığın və ya biznes təşəbbüskarlığının) inkişafını dəstəkləyən layihədir. Müsabiqə Azərbaycanda həyata keçirilən ən böyük startap müsabiqəsi hesab olunur. İndiyə kimi, 5 dəfə keçirilən "Yeni Fikir" startap müsabiqəsində 842 startap layihə qiymətləndirməyə cəlb edilib ki, onlardan 100-dən çoxunun inkişafına bilavasitə dəstək verilib. 35 layihənin inkişafı isə toxum investisiya və inkubasiya xidmətləri ilə dəstəklənib.
BP şirkəti "Yeni Fikir VI" startap müsabiqəsini maliyələşdirməklə Azərbaycanda aparılan islahatların ən aktual istiqmətlərindən hesab olunan, innovativ ekosistemin güclənməsinə ciddi töhfələr verməyi hədəfləyib.
BP-nin maliyyə dəstəyi ilə keçiriləcək "Yeni Fikir VI" startap müsabiqəsi əvvəlki müsabiqələrdən fərqli olaraq, həm də ekosistemə yeni startapların daxil olmasını təmin edir. Belə ki, ayrılan maliyyə dəstəyi ilə keçiriləcək təlim və mentorluq proqramları ilə mövcud startapların güclənməsini təmin etməklə yanaşı, yeni startap layihələrinin formalaşması və inkişafı da dəstəklənir. Bu məqsədlə BMU ilə yanaşı, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texnologiya Universiteti (UTECA) və digər ali təhsil müəssisələrində, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və digər təşkilatlarda təlim və mentorluq tədbirləri keçirlir. Təlim və mentorluq proqramlarına, həmçinin layihələrin qiymətləndirilməsi prosesinə innovativ ekosistemdə tanınmış mütəxəssislər və peşəkarlar cəlb olunub. Bu cür tədbir və yanaşmalar, mövcud startapların güclənməsinə səbəb olmaqla yanaşı, yeni startapların da formalaşamasına köməklik edir.
Müsabiqə aşağıdakı ardıcılıqla həyata keşirilir:
-Birinci mərhələdə, yuxarıda qeyd olunduğu kimi, startapların formalaşması və inkişafına dəstək verilir. Bu müddət ərzində, həmçinin startap layihələrinin Müsabiqəyə qeydiyyatı aparılır. Layihələrin qeydiyyatı prosesi yenifikir.az elektron səhifəsi vasitəsilə yerinə yetirlir. Layihələrin qeydiyyatı zamanı qarşıya qoyulan əsas meyarlar isə, iddia olunan ideyanın innovativliyi, biznes strategiyası (modeli) və layihə komandasının idddianın təmin olunmasına uyğunluq dərəcəsidir.
-Növbəti mərhələdə qeydiyyata alınmış startap layihələrin ilkin qiymətlərndirilməsi aparılır. Qiymətlənirmə prosesində əsas götürülən meyarlar layihələrin qeydiyyatı zamanı qarşıya qoyulan suallara uyğun aparılır. İlkin qiymətləndirmənin nəticələrinə uyğun olaraq yarımfınalçılar seçilir.
-Yarımfinal mərhələsinə hazırlıq prosesində yarımfınala vəsiqə qazanmış layihə komandalarının gücləndirilməsi və inkişafı həyata keçirlir. Bu proses ekosistemin aparıcı mütəxəsislərinin təqdimatında, təlim və mentorluq xidmətlərinin verilməsi ilə baş verir. Ümumi təlimlərlə yanaşı, hər bir layihə komandası mentorluq xidmətləri ilə də gücləndirlir.
-Növbəti addım isə Yarımfinal tədbiridir ki, bu zaman yarımfinalçılar Münsiflər Heyəti qarşısında təqdimatlar edərək, yarışacaqlar. Bu zaman ən güclü startap komandaları final mərhələsinə vəsiqə qazanacaqlar.
-Finala mərhələsinə hazırlıq prosesində fınala vəsiqə qazanmış layihə komandaları spesifik seçilən təlim və mentorluq xidmətləri ilə daha da gücləndiriləcək. Bu zaman layihələrin real bazara hazırlanması ilə yanaşı, investorların marağını çəkə bilmək üçün addımlar atılacaq.
-Finalda yarışan startap komandalardan ən perspektivli 5 layihə seçilir və qalib olaraq elan edilir. Ən perspektivli startap layihələri kimi qalib komandalar investorlara və geniş ictimaiyyətə təqdim ediləcək.
Qalib gəlmiş 5 startap layihələrinin şirkətləşməsi prosesi inkubasiya və ya akselerasiya proqramlarının tətbiqi ilə aparılacaq. İnkubasiya və ya akselerasiya proqramlarının tətbiqi əsasən BMU Texnoparkı və "İnnoland" İnnovasiya Mərkəzində təmin edilməsi nəzərdə tutulub. Bu zaman layihələrin şirkətlərşməsi yolunda zəruri addımlar da BP-nin ayırdığı maliyyə imkanları ilə dəstəklənəcək. Belə ki, BP-nin ayırdığı maliyyə dəstəyi hesabına 1-ci yeri qazanan startap komandası 8000 manat, 2-ci yeri qazanan tsratap komandası isə 6000 manat maliyyə dəstəyi alacaq.
Qeyd edək ki, "Yeni Fikir VI" startap müsabiqəsi 7 ay müddətində (mart-senybar) həayata keçirilir.
"Yeni Fikir VI" startap müsabiqəsi haqqında ətarflı informasiya almaq üçün, həmçinin startap layihələrinin qeydiyyatı üçün yenifikir.az elektron səhifəsindən istifadə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
4 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
5 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
5 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
6 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar







.jpg)







.jpg)



