“Zəif bankların olması iqtisadiyyata zərər verir”
“Zənnimcə, indi bank sahəsində restrukturizasiya baş verməlidir və bu proses bütövlükdə bank sektorunu əhatə etməlidir”. Bunu Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi deyib.
M.Qorçi qeyd edib ki, təmsil etdiyi qurum yalnız dövlət qurumlarına tövsiyələr verir:
“Biz dövlət strukturları ilə bir sıra məsələləri müzakirə etmişik. Bu, xüsusi əhəmiyyət kəsb edən məsələlərdir. Sözsüz ki, bu siyahıda banklar da var. Çünki bankların hazırkı vəziyyəti ölkə iqtisadiyyatına ciddi təsir edir. Amma tövsiyələrimiz heç də bank cəmiyyəti üçün nəzərdə tutulmur. Hər zaman hökumətə tövsiyə veririk. Keçmişdə etdiyimiz tövsiyələr əsasında Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) yaradılıb. Zənnimcə, indi bank sahəsində restrukturizasiya aparılmalıdır və bu, bütövlükdə bank sektorunu əhatə etməlidir. Burada söhbət “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC kimi nəhəng banklardan getmir, biz həmçinin kiçik bankları da nəzərdə tuturuq. Artıq Azərbaycanda bu sahədə müəyyən addımlar atılıb. Bildiyiniz kimi, bu vaxta qədər 11 bank bağlanıb. Digər banklar isə restrukturizasiya mərhələsindədir. Lakin bununla belə bank sahəsində müvafiq çağırışlar qalmaqdadır”.
IMF rəsmisinin sözlərinə görə, qeyri-sağlam banklar əhalinin banklara etibarını sarsıdır:
“Ancaq hökumətdə belə bir razılıq var ki, bank sektorunda olan problemləri mümkün qədər tez həll etmək lazımdır. Çünki zəif bankların mövcud olması, bank sektorunda indiki problemlərin yaşanması bütövlükdə iqtisadiyyata zərər verir. Ona görə də restrukturizasiya nə qədər tez baş aparılarsa, bir o qədər yaxşı olar. Bir daha demək istəyirəm ki, zəif banklar həm milli valyutanın məzənnəsinə, həm bank sektoruna, həm də bütövlükdə iqtisadiyyata mənfi təsir göstərir. Bu mənfi təsirin fəsadlarından biri də əhalidə həm iqtisadiyyata, həm də bank sektoruna olan etibarın sarsılmasıdır. Məhz buna görə prosesi tezləşdirmək lazımdır ki, problemləri sona çatdıraq. Əlbəttə ki, restrukturizasiya prosesi ciddi şəkildə aparılmalıdır ki, zəif bankların sağlamlaşdırılması mümkün olsun, ya da onların sistemdən kənarlaşdırılması zərurəti yaransın”.
"MBNP ilə görüşümüzdə bəzi məsələləri müzakirə etdik. Bu məsələlər sırasında bilavasitə bank sektorunda baş verən hadisələr, hazırda hökumətin həyata keçirdiyi və ilin sonunda başa çatdırmaq istədiyi bankların restrukturizasiyası məsələsi də bar. Bununla yanaşı, inflyasiya, fiskal siyasət, iqtisadi artım və ölkənin borc öhdəliklərini yerinə yetirməsi kimi bir sıra aktual məsələləri də müzakirə etmişik", - deyə fondun Azərbaycan üzrə missiyasının rəhbəri deyib.
© Report
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
3 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
3 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
8 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 13 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb

























