"Qlobal iqtisadiyyat 2020-ci ilin əvvəllərinə qədər zəifləməyə davam edəcək"
Beynəlxalq kredit reytinqi agentliyi "Moody's", qlobal iqtisadiyyatın 2020-ci ilin əvvəllərinə qədər zəifləməyə davam etməsini gözləndiyini açıqlayıb.
"Moody's" kredit reytinqi təşkilatının "2019-2020 Makro İqtisadi Proqnozlar" hesabatı dərc olunub.
"Marja" xəbər verir ki, hesabatda, "Qlobal iqtisadiyyat, 2019-cu ildə və 2020-nin əvvəllərində zəifləməyə davam edəcək. Pulla bağlı siyasət normallaşmasının sürəti 2019-da yavaşıyacaq. İqtisadi artım gedərək "mülayim" hal aldıqca və balans riskləri azaldıqca, əsas mərkəzi banklarının daha təmkinli olacaqlarını gözləyirik",- ifadələrinə yer verilib.
Hesabatda ABŞ Mərkəz- Bankı Fedin faizi bu il ərzində üç və ya dörd dəfə deyil, yalnız bir və ya iki dəfə artırmasının, Avropa Mərkəzi Bankının (AMB) isə depozit və yenidən maliyyələşdirmə faizlərini bu ilin ikinci yarısı əvəzinə 2020-ci ildə qaldırmasının gözlənildiyi qeyd edilib.
Qlobal iqtisadiyyatın ötən ilin son rübündə diqqətəlayiq şəkildə zəiflədiyi qeyd edilən hesabatda, 2019-cu il və 2020-ci ilin əvvəllərində da bu zəifləmənin davam etməsinin gözlənildiyi ifadə edilib
G20 ÖLKƏLƏRİNDƏ İQTİSADİ İNKİŞAF YAVAŞLAYACAQ
Hesabatda, G-20 iqtisadiyyatlarının keçən il qeyd etdiyi orta hesabla 3,2% səviyyəsindəki artımın ardından, bu ilin sonunda 2,9 faiz, gələn il isə 2,8 faiz səviyyəsində artmasının gözlənildiyi qeyd edilərək, "Bəzi inkişaf etməkdə olan iqtisadiyyatlarda artım zəifliyini qoruyarkən, inkişaf etmiş iqtisadiyyatlarda iqtisadi artım potensial səviyyələrinə doğru mülayim yavaşlayacaq",- ifadəsinə yer verilib.
TÜRKİYƏ VƏ ARGENTİNADA DURĞUNLUQ OLACAQ
Çində qarşıdakı dövrdə iqtisadi inkişafın son "bir neçə on illik" dövrün ən yavaş səviyyələrinə geriləyə biləcəyinə işarə edilən hesabatda, Türkiyə və Argentinada durğunluq olacağı proqnozu yer alıb.
QLOBAL İQTİSADİYYAT ÜÇÜN ƏSAS RİSKLƏR
Hesabatda, qlobal inkişafa dair risklər də sadalanıb.Çin iqtisadiyyatının gözlənildiyindən daha kəskin yavaşlaması ehtimalının və bunun mümkün qlobal təzahürlərinin, ABŞ-Çin arasında ticarət gərginliklərin daha da artmasının və bazarlarda maliyyələşdirmə şərtlərinin sərtləşməsinin əsas risklər arasında görüldüyü qeyd edilib.
ABŞ iqtisadiyyatının 2019-cu ildə 2,5 faiz, 2020-ci ildə isə 1,7 faiz səviyyəsində artım qeyd edəcəyi ehtimalına yer verilən hesabata görə, Avro Zonasında isə bu ilin sonunda iqtisadi artımın 1,6 faiz, gələn il isə 1,5 faiz səviyyəsində olacağı nəzərdə tutulur.
Hesabata görə, Almaniyada 2019-cu ilin sonunda iqtisadi inkişafın 1,5 faiz, 2020-ci ilin sonunda isə 1,3 faiz səviyyəsində, Çində isə 2019 və 2020-ci illərdə 6,0 faiz səviyyəsində reallaşması gözlənilir.
Moody's hesabatında, Argentina iqtisadiyyatında bu ilin sonunda 1,5 faiz azalma, gələn ilin sonunda isə 1,5 faiz artım gözləntisinə yer verib.
Hesabatda Türkiyə iqtisadiyyatının bu ilin sonunda 2,0 faiz səviyyəsində geriləməsinin, 2020-ci ilin sonunda isə 3 faiz artmasının nəzərdə tutulduğu qeyd edilib.
Hesabatda, Türkiyə cari kəsirin azalmasının başlıca olaraq idxalın azalmasını və aşağı neft qiymətlərini əks etdirdiyi qeyd edilib. Türkiyədə ötən ilin oktyabr ayından bu yana inflyasiyanın geriləmə meylində olmasının müsbət bir irəliləyiş olduğu qeyd edilən hesabatda, cəmi tələbin azalması ilə inflyasiyada da geriləmə gözlənildiyi qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 3 gün sonra
-
-
5 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 5 saat əvvəl
-
7 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
7 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
7 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
8 saat əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
8 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
-
8 saat əvvəl
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Ən çox oxunanlar
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb
"Ağbənd buraxılış məntəqəsi yaxın vaxtlarda istifadəyə veriləcək"
Dövlət Gömrük Komitəsində nə dəyişir? Şahin Bağırov şəffaflıq tədbirlərini açıqladı
Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib
Gömrük Komitəsinin sədri bu suala konkret cavab verə bilmədi - "İlin sonunda daha dolğun cavab vermək mümkün olacaq"





























