Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi azalıb
2016-cı ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmində 2015-ci illə müqayisədə 3,7 faiz azalma müşahidə edilmişdir.
“Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 10,9 faiz və 17,7 faiz) olmuşdur. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7 faiz artmışdır”,- Dövlət Statistika Komitəsi bildirir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 50,3 milyon ton, yük dövriyyəsi isə 9917,4 milyon ton-km olmuşdur. Yüklərin 31,5 milyon tonu və ya 62,6 faizi avtomobil nəqliyyatı, 13,8 milyon tonu və ya 27,4 faizi dəmir yolu nəqliyyatı, 5,0 milyon tonu və ya 10,0 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.
Dəhliz vasitəsilə daşınmış yüklərin 15,7 faizini və ya 7,9 milyon tonunu tranzit yüklər təşkil etmişdir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
- 4 saat əvvəl
-
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
İyunun 14-də gözlənilən hava şəraiti
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
























