“AzerTelecom”un iştirakı ilə Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbir keçirilib
(®) Azərbaycanı beynəlxalq İnternet şəbəkəsinə bağlayan magistral (backbone) İnternet provayderi AzerTelecom şirkətinin iştirakı ilə STEP Kompüter Akademiyasında “Beynəlxalq Təhlükəsiz İnternet Günü”nə həsr olunan tədbir keçirilib.
Tədbir ölkəmizdə İnternetin təqdimi və İnternet təhlükəsizliyində ixtisaslaşan bir neçə yerli və beynəlxalq şirkətlərin nümayəndələrinin iştirakı ilə baş tutub, İnternet, onun yaranması, qlobal şəbəkədə təhlükəsizlik, istifadəçilərin üzləşdikləri əsas təhdidlər və s. kimi mövzularda faydalı müzakirələr aparılıb.
Tədbirdə çıxış edən "AzerTelecom" şirkətinin Baş Kommersiya Direktoru Samir Nuriyev qlobal İnternet şəbəkəsinin yaranması, mövcud texniki göstəricilər, Azərbaycanın İnternet şəbəkəsinə qoşulması və bu prosesdə magistral provayder "AzerTelecom" şirkətinin rolu, internetin gələcəyi kimi mövzulara toxunub.
Hazırda qlobal internet istifadəçilərinin sayının ümumilikdə 4 milyardı ötdüyünü, Azərbaycanın MDB məkanında İnternetin əhatə olunması, yayımına görə ilk yerdə (79%) olduğunu qeyd edən Samir Nuriyev internetin gələcəyi barədə danışaraq 2020-ci ildə 5 milyarddan çox insanın İnternetdən istifadə edəcəyini, qlobal şəbəkədən istifadədə ən böyük artımın inkişaf etməkdə olan ölkələrdə olacağını, Bulud texnologiyaların daha da inkişaf edəcəyini, Əşyaların İnternetinin (IoT) İnternet haqqında təsəvvürü dəyişəcəyini və gələcəkdə İnternetin bir ekologiya dostu olacağını bildirib.
Tədbirdə çıxış edən digər məruzəçilər də öz növbələrində İnternetin distribusiyası, simli və simsiz İnternet növləri, şəbəkələr, sistem inzibatçılığı, sosial mühəndislik və fişinq hücumlarına qarşı təhlükəsizlik və s. barədə danışaraq öz təcrübələrini bölüşüblər.
Beynəlxlaq Təhlükəsiz İnternet Günü (“Safer Internet Day - SID”) hər ilin ikinci ayının ikinci həftəsinin ikinci günü qeyd edilir. Bu əlamətdar hadisə 2004-cü ildə Avropa Komissiyasının qərarı ilə təsis edilib. Məqsəd dünyada, xüsusən uşaq və gənclər arasında onlayn texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir.
Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatoru olan "AzerTelecom" 2008-ci ildə təsis edilib və ölkənin ilk mobil operatoru - Bakcell şirkətinin törəmə şirkətidir. "AzerTelecom" internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VPN (virtual şəxsi şəbəkə), DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 4 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
9 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
9 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib


























