"İcra qanunundakı boşluqlar banklar üçün problemlər yaradır" - İCRA MƏCƏLLƏSİ HAZIRLANIB
“Bu gün bankların əsas problemi yığdıqları izafi likvid vəsaitləri iqtisadiyyata ötürə bilməməsidir. Ən böyük çətinlik isə maliyyə cəhətdən savadlı biznes qruplarına pul vəsaitlərinin verilməsi və zəruri olduğu təqdirdə onların daşınar və daşınmaz əmlak girovları ilə təmin edilməsi, hər hansı problem çıxdığı zaman həmin daşınar və daşınmaz əmlak üzərində hüquqların reallaşdırılması isə bağlıdır”.
Bunu Azərbaycan Banklar Assosasiyasının prezidenti Zakir Nuriyev deyib.
O həmçinin bildirib ki, hazırda bankların infratrukturu kifayət qədər inkişaf edib və baxımından əhalinin maliyyə vasitələrinə çıxış problemi mövcud deyil:
“Banklar və bank olmayan kredit təşkilatları kifayət qədər geniş şəbəkə ilə ölkə ərazisində təmsil olunub. Hətta 25–dən çox bankda internet bankinq tətbiq olunur. Maliyyə vasitələrinə çıxış üzrə bütün imkanlar yaradılıb. Sadəcə icra qanununda mövcud olan boşluqlar bankların öz hüquqlarını rellaşdırmasını uzadır ki, bu da əldə olan vəsaitlərin dövriyyədən yayınmasına və yenidən aktiv dövriyyəyə gəlməsinə problemlər yaradır. Regionlarda dövlət qeydiyyatına alınmış daşınar əmlaklar üzərində sonradan nəzarət mexanizminin icraçılar tərəfindən necə həyata keçirilməsi dəqiq heç bir prosedurda göstərilməyib. Biz Ədliyyə Nazirliyinin baş icra idarəsi ilə görüşdük və mövcud qanunun tətbiqi ilə bağlı problemləri müzakirə etdik, yeni hazırlanacaq İcra Məcəlləsinə təkliflərimizi təqdim etdik. Bu təkliflər yaxın günlərdə banklara da göndəriləcək. Bu öz növbəsində regionlarda qeydə alınmış daşınar əmlakın üzərinə tələb yönəldiyi zaman icra mexanizminin necə işləməsini tənzimləyəcək”
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 5 gün sonra
-
- 6 d. əvvəl
-
7 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
35 d. əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avtomobillərin KASKO sığortasında haqlar 1,9%, ödənişlər 27,7 faiz artıb
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır
Mayda bank sektorunda çalışanların sayı azalıb
Ən çox oxunanlar
İyunun 26-da gözlənilən hava şəraiti
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon
Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA

























