"Naxçıvanbank" 2018-də 32 milyon 643 min manatdan çox kredit verib
"Naxçıvanbank"ın müştəriləri ölkəmiz üzrə ən aşağı faiz dərəcələri ilə bir sıra kredit məhsulları əldə edə bilirlər. Belə ki, bankın verdiyi istehlak kreditləri 24 ay müddətinə illik 17 faiz, kart kreditləri 12 ay müddətinə 18 faiz, avtomobil kreditləri 36 ay müddətinə illik 17 və 18 faiz, bankın daxili vəsaiti hesabına verilən ipoteka kreditləri 10 il müddətinə 10 faiz, “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına verilən ipoteka kreditləri 25 və 30 il müddətinə 4 və 8 faiz dərəcəsilə təklif olunur.
Bununla yanaşı, "Naxçıvanbank" kənd təsərrüfatının inkişafına da böyük dəstək olan kreditlər təklif edir. Belə ki, bank tərəfindən əkinçilik üzrə 12 ay müddətinə 13 faiz, heyvandarlıq, quşçuluq, arıçılıq və digər sahələr üzrə 24 ay müddətinə 15 faiz dərəcəsilə kreditlər təklif olunmaqdadır. Ümumilikdə isə biznes kreditləri 15 faiz dərəcəsilə ilə 24 ay müddətinə təklif edilməkdədir. Bank həmçinin müvəkkil bank kimi öz müştərilərinə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına 2, 5 və 8 il müddətinə illik 5 faiz dərəcəsilə güzəştli sahibkarlıq kreditləri də verməkdədir.
31 dekabr 2018-ci il tarixədək "Naxçıvanbank"ın kredit portfeli artaraq 64 milyon 854 min manata çatıb. Bu portfelin 7 milyon 430 min manatı ipoteka, 12 milyon 982 min manatı istehlak, 16 milyon 372 min manatı biznes, 23 milyon 285 min manatı sənaye kreditlərinin, 4 milyon 785 min manatı kənd təsərrüfatı sahəsinə yönəldilən kreditlərin payına düşür.
2018-ci ildə bank tərəfindən 32 milyon 643 min manatdan çox kredit verilib. Bunun da 2 milyon 761 min manatı ipoteka, 5 milyon 988 min manatı sənaye, 16 milyon 899 min manatı istehlak, 4 milyon manatı kənd təsərrüfatı, 2 milyon 992 min manatı isə biznes kreditlərinin payına düşür. 2018-ci ildə bankın ipoteka kreditləri vasitəsilə 67 ailə mənzillə təmin edilib.
"Naxçıvanbank" yeni texnologiyaların da tətbiqinə diqqət yetirərək mütərəqqi bankçılıqda özünü təsdiq edir. Belə ki, ötən il muxtar respublika ərazisində bank 42 ödəniş terminalı quraşdıraraq əhalinin istifadəsinə verib. Bununla da bütün növ kommunal, mobil operator, internet, həmçinin smartkartlar vasitəsilə istifadə olunan işıq və qazpulu ödənişlərinin həyata keçirilməsinə imkan yaradılıb. Ötən il bu terminallar vasitəsilə 345 mindən çox əməliyyat aparılaraq 1 milyon 614 min manatdan artıq məbləğdə ödənişlər edilib. Ümumilikdə isə bank tərəfindən quraşdırılaraq əhalinin istifadəsinə verilmiş 38 bankomat və 802 POS-terminalla vətəndaşlar rahat və sürətli şəkildə pul əməliyyatları apara bilirlər.
Yaradılan infrastruktur, aparılan maarifləndirmə və həvəsləndirmə tədbirləri nəticəsində banka məxsus kart istifadəçiləri ötən il ərzində 9 milyon manat həcmində elektron ödənişlər ediblər ki, bunun da 2 milyon 773 min manatı POS-terminallar, 4 milyon 577 min manatı elektron ticarət, 75 min manatı bankomatlar vasitəsilə həyata keçirilən ödənişlərin və 2 milyon manatı isə digər ödənişlərin payına düşür.
Müştərilərin xəbərləri
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 5 gün sonra
- 7 d. əvvəl
-
- 10 d. əvvəl
- 19 d. əvvəl
-
25 d. əvvəl
Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq - MƏBLƏĞLƏR
-
31 d. əvvəl
Kredit üçün “Sizin Lombard”da onlayn müraciət edə bilərsiniz
- 32 d. əvvəl
- 37 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb
- 1 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq - MƏBLƏĞLƏR
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Bankların kredit portfelinin artım sürəti yavaşlayıb
Ən çox oxunanlar
Azərbaycanda ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb
Banklar 5 ayda 557 milyon manat xalis mənfəət əldə ediblər
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
Gümüşün qiyməti 10%-dən çox ucuzlaşıb
Rəsmi məzənnələ açqlandı
Qızıl yanvarda qeydə alınmış rekord səviyyədən 30% ucuzlaşdı - Qızılın qiyməti 7 ayın ən aşağı səviyyəsində
Venesuelada dağıdıcı zəlzələlər baş verib - insan tələfatı və dağıntı ehtimalı yüksəkdir






















