Bakıda tikilən bu binada istirahət parkı olacaq
(®) “Hünər Qüllələri” sakinlərinə bina daxilində açıq park ərazisi təqdim edir.
Bakı Ağ Şəhər-in baş planına uyğun olaraq layihələndirilən “Hünər Qüllələri”nin tikintisi sürətlə davam edir. Ümumilikdə 83408 m2 ərazini əhatə edən layihənin sadəcə 30%-i yaşayış sahəsinə aiddir. Geri qalan digər ərazilər isə sakinlərin ehtiyaclarını qarşılamaq üçün planlaşdırılan müxtəlif təyinatlı xidmət sahələri üçün ayrılmışdır. Digər yaşayış komplekslərindən fərqli olaraq “Hünər Qüllələri” sakinlərinə bina daxilində park sahəsi təqdim edir. Belə ki, “Hünər Qüllələri”nə aid 4000 m2-lik açıq park ərazisi binada yaşayan sakinlərin rahat istirahəti üçün nəzərdə tutulub. Burada uşaqlar üçün atraksion və oyun meydançası yerləşdirilib. Əlvan rəngli sarmaşıq güllər, kökünü birbaşa torpaqdan alan təbii ağaclar və tökmə torpaqla yetişdirilən dibçək ağacları parka əlavə yaraşıq verir, təbiət motivlərini hiss etdirir.
Huner Group-un ən böyük inşaat layihəsi olan “Hünər Qüllələri”, Bakının ən prestijli məkanında - Ağ Şəhər-də yerləşir.“1 mənzil sizdən, əlavə 14 otaq bizdən!” devizi ilə çıxış edən “Hünər Qüllələri”nin ən cəlbedici xüsusiyyəti Azərbaycanda ilk dəfə Flexhouse sistemini tətbiq etməkdir. Patenti yalnız Huner Group-a aid olan Flexhouse sisteminin məqsədi bir evə sığmayan bütün otaqları “qatlayaraq” mənzilinizə əlavə etməkdir. Belə ki, “Hünər Qüllələri”ndən mənzil alan hər bir kəs, əlavə olaraq müxtəlif məqsədli 14 növ xidmət otağından istifadə etmək şansı qazanacaq. Yalnız sakinlər üçün nəzərdə tutulmuş Flexhouse sisteminə uşaqlarınızın rahat şəkildə oynaması üçün uşaq oyun zalı, xüsusi səs və görüntü sisteminə sahib kino zalı, karaoke otağı, içərisində müxtəlif alətlər olan musiqi otağı, özəl günlərinizi qeyd etmək üçün parti otağı, playstation otağı, qonaqlarınızı rahatlıqla yerləşdirə biləcəyiniz qonaq otağı, fitnes salonu, bütün növ avadanlıqlarla təchiz olunan özəl mətbəx, qapalı mini futbol və basketbol meydançası, bilyard salonu, bir neçə nəfərin rahat çalışa və mütaliə edə biləcəyi böyük iş otağı, xidməti avtomobillərin sürücüləri üçün nəzərdə tutulmuş sürücü otağı və paltar yuma, qurutma, ütüləmə avadanlıqlarna sahib camaşırxana daxildir.
20 mərtəbəli qüllələrin 3-cü mərtəbəsindən etibarən başlayan və hər mərtəbədə 5 ədəd olmaqla ümumilikdə 168 premium mənzil və 2 penthouse tam təmirli və ən nəfis dizaynla, 30 % ilkin ödəniş və 36 ayadək faizsiz kreditlə müştərilərə təqdim edilir. “Hünər Qüllələri”ndən mənzil almaq istəyən hər bir kəs ofisimizə yaxınlaşaraq həm alacağı mənzillərlə, həm də Flex otaqlarla əyani şəkildə tanış ola biləcəklər. Belə ki, satış ofisimizdə nümunə mənzillərlə Flex otaqlar yolunuzu gözləyir.
Ünvan: Bakı Ağ Şəhər, Park rayonu.
Telefon: (012) 409 00 44
(050) 409 00 44
Web: www.hunergroup.az
E-poçt: [email protected]
Facebook: https://www.facebook.com/hunergroup/
Instagram: https://www.instagram.com/hunergroup
Youtube: https://www.youtube.com/channel/UCzhwuH7cKBZPuZUfrKEkn1g
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
6 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
6 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
7 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
9 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
9 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
























