Fed faiz qərarını açıqladı - DOLLAR UCUZLAŞIR
Fed, "faiz artırmaqda səbirli olacam" deyir. Fed açıqlamasından "faiz mərhələli artırılacaq" ifadəsinı də çıxarıb.
ABŞ Mərkəzi Bankının (Fed) qərarverici orqanı olan Federal Açıq Bazar Komitəsinin (FOMC) iki gün davam edən iclası başa çatıb.
"Marja" xəbər verir ki, gözləndiyi kimi Fed Yanvar iclasında faizdə dəyişiklik etmədi. Federal maliyyələşmə faizi 2.25% - 2.50% aralağında saxlanılıb.
İnvestorlar da Fed-in faiz artırmayacağını gözləyirdilər.
Fed açıqlamasında qarşıdakı dövrdə "faiz artırmaqda səbirli olacağını" qeyd edib. Fed açıqlamasından "faiz mərhələli artırılacaq" ifadəsini də çıxarıb.
Fed faiz artımaqda səbirli olmaqla iqtisadi inkişafı, məşğulluğu dəstəkləməyi hədəfləyir. Fed-in siyasəti iqtisadi məlumatlara bağlı olacaqdır.
Analitiklər nəyinki Fed-in faiz artırmağı dayandıracağını, hətta faiz endirə biləcəyini də dilə gətirirlər.
Çində və Avropada iqtisadi artım yavaşlayıb. ABŞ iqtisadiyyatında da inkişafın ləngiyəcəyi ehtimal edilir. Brexit, ABŞ-Çin ticarət müharibələri də qeyri-müəyyənlik yaradır. Belə bir vəziyyətədə əlavə faiz artırmaq lüzumsuz ola bilər.
Eyni zamanda Fed, balansını azlatmağa hazırlaşdığını da bildirilib.
Fed-in qərarından sonra Dollar ucuzlaşmağa başlayıb. Bakı vaxtı ilə saat 23:42-yə olan məlumata görə, Avro/Dollar məzənnəsi 0,5% artaraq 1.1490 səviyyəsinə qalxıb (Dollar ucuzlaşıb, Avro bahalaşıb). Dollar/TL məzənnəsi 1,9% düşərək 5.21 səviyyələrinə geriləyib (Türk Lirəsi bahalaşıb).
Qızılın unsiyasının qiyməti 0,7% artımla 1321 dollara, Brent neftinin barelinin qiyməti isə 1,3% artımla 62.14 dollara qalxıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Fed sədri Cerom Pauel Bakı vaxtı ilə saat 23:30-da mətbuat konfransında danışacaqdır. Maliyyə bazarları Fed sədrinin açıqlamalarını səbirsizliklə gözləyirlər. Çünki, investorlar 2019-cu ildə Fed-in iki dəfə faiz artırıb-artırmayacağından əmin olmaq istəyirlər. Bu baxımdan Cerom Pauelin bu gün verəcəyi açıqlamalar daha həlledici olacaqdır.
Əgər Cerom Pauel tərəfindən, Fed rəsmilərinin Dekabr ayında olduğu kimi hələ də 2019-cu ildə 2 dəfə faiz artırılacağını gözlədiklərini təkrarlayarsa, Dolların qiymətində ciddi dəyişiklik gözlənilmir, ola bilsin ki, bir qədər də ucuzlaşsın. Əgər, Fed-in 2019-cu ildə 2 dəfədən çox faiz artıra biləcəyinin mesajı verilərsə Dollar bahalaşa bilər.
XXX 23: 40
ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauell, iclasın ardından keçirdiyi mətbuat konfransında "İqtisadiyyatı ən yaxşı şəkildə dəstəkləməyin yolu faiz məsələsində səbrli olmaqdır" - deyib.
"Marja" xəbər verir ki, qlobal, o cümlədən Çin və Avropada iqtisadi artımın ləngidiyini deyən Fed sədri, siyasətin məlumatlara bağlı olduğunu vurğulayıb.
"Davamiyyətli iqtisadi fəaliyyət və güclü əmək bazarı gözləyirik", - deyən Pauell, ABŞ iqtisadiyyatının mükəmməl bir nöqtədə olduğunu deyib.
İnflyasiyanın 2%-lik hədəfə yaxın qaldığını qeyd edən Fed sədri, iqtisadiyyatı ən yaxşı şəkildə dəstəkləməyin yolunun səbrli olmaq olduğunu vurğulayıb. Pauell, səbrli olma müddətinin nə zaman başa çatacağının tamamilə gələn məlumatlara bağlı olduğunu deyib.
Pauell, neftin qiymətinin aşağı düşməsinin inflyasiyanı aşağı salmağa davam edəcəyini deyib.
Fed Sədri, "Siyasətimizin bu anda məqsədəuyğun olduğunu düşünürük" deyib və siyasəti sürətli bir şəkildə dəyişdirməyi tələb edəcək bir səbəb olmadığını vurğulayıb.
Pauell, "İqtisadi göstəriciləri geniş miqyasda qiymətləndirəcəyik" deyib və növbəti faiz qərarının statistik məlumatlara bağlı olacağını sözlərinə əlavə edib.
ABŞ-da federal hökumətinin bağlı qalması məsələsini dəyərləndirən Fed sədri, "Hökumətin bağlanması ilk rüb iqtisadi inkişafına təsir göstərəcəkdir",- şəklində bildirib.
Pauell, son məlumatların qlobal iqtisadi artım tempinin yavalşlamaqda davam etdiyinə işarə etdiyini qeyd edib.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
4 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
5 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
5 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Ən çox oxunanlar
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib






















