Azərbaycanda yeni pensiya qaydaları ilə bağlı ŞƏRH
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1362-VQD nömrəli Qanununu təsdiq edərək, həmin qanunun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 21 dekabr 2018-ci il tarixli Fərman imzalayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə, imzalanan bu sənədlər Azərbaycanda pensiya təyinatının avtomatlaşdırılmasına və bu sahədə xidmətlərin elektron qaydada göstərilməsinə, vətəndaşların sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsinə, nəticədə pensiya təyinatı sahəsində vətəndaş məmnunluğuna nail olunmasına xidmət edir.
“Əmək pensiyaları haqqında” qanunda edilmiş dəyişikliyə əsasən, 2019-cu ilin əvvəlindən pensiya hüququ yaranmış şəxslərin 70 faizinin pensiya təyinatı avtomatlaşdırılmış qaydada aparılacaq. Bu da pensiya hüququ yaranan vətəndaşların həmin hüquqlarını rahat şəkildə reallaşdırması ilə onların məmnunluğuna səbəb olacaq. Belə ki, pensiya, şəxsə onun pensiya hüququnun yarandığı gün təyin ediləcək və onun sistemdə mövcud olan əlaqə vasitələrinin birinə pensiyanın təyin olunması, təyin edilmiş pensiyanın məbləği, pensiyanı almaqdan ötrü ödəniş kartını əldə etmək üçün nə zaman və hansı banka müraciət etmələri barədə sms vasitəsilə məlumat veriləcək.
Pensiya təyin olunması üçün vətəndaşın müraciətinə, onun fiziki iştirakına ehtiyac olmayacaq, ondan heç bir sənəd tələb edilməyəcək. Bu sahədə vətəndaş-məmur təması və süründürməçilik tam aradan qalxacaq, şəffaflıq və operativ pensiya təyinatı təmin ediləcək. Müvafiq sahədə idarəetmə tam elektron texnologiyalar üzərində müasir və səmərəli təşki olunacaq.
Eyni zamanda, 2019-2020-ci illərdə yaşa görə əmək pensiyası yaşına çatmış şəxslərin fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınıbsa (məbləğdən asılı olmayaraq), onlara əmək pensiyası təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajı hesablanacaq. Həmin 25 illik stajın və eləcə də 2018-ci ilin 1 iyul tarixinədək qeydə alınan pensiya kapitalının qanunvericiliyin tələbləri əsasında indeksləşdirilməsi aparıldıqdan sonra formalaşan ümumi pensiya kapitalı əsasında pensiya təyin olunacaq. (Əgər vətəndaşın 2006-cı ilədək faktiki sosial sığorta stajı 25 ildən çox olarsa, onların faktiki sosial sığorta stajı nəzərə alınacaq.)
2021-ci ildən isə qanunla müəyyən edilmiş yaş həddinə çatan şəxslərə yaşa görə əmək pensiyası təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı hər təqvim ili üçün bir il azaldılmaqla hesablanacaq. Məsələn, 2021-ci ildə həmin sığorta stajı artıq 25 il deyil, 24 il, 2022-ci ildə 23 il, 2023-cü ildə 22 il və s. hesablanacaq.
Əlillik qrupu müəyyən edilmiş şəxslərə isə əlilliyə görə əmək pensiyası təyin edilərkən onların 2006-cı ilədək olan sığorta stajı həmin dövrə aid əmək qabiliyyətli yaş dövrünün (15 yaşdan sonra) hər ili üçün 4 ay götürülməklə nəzərə alınacaq. Ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən isə pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı yanvarın 1-dək olan sığorta stajı da həmin dövrə aid əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanacaq.
2019-cu ildə 19,5 min nəfərədək vətəndaşın yeni dəyişikiklərlə bağlı əmək pensiyası hüququ əldə edəcəyi və onların gəlirlərinin 48 faiz artacağı gözlənilir. Ümumlikdə bu islahatla bağlı gələn il təxminən 36 min nəfərin aylıq pensiyasında artım olacağı gözlənilir.
Növbəti ildə əmək pensiyası hüququ yaranacaq şəxslərdən 30 faizinə isə pensiya təyinatının avtomatlaşdırılmış qaydada aparılması şamil olunmayacaq. Həmin şəxslərin sırasına 2006-cı ildən 2018-ci ilin 1 iyul tarixinədək fərdi hesabında heç bir pensiya kapitalı qeydə alınmayanlar, dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və s. kateqoriyadan olanlar daxildir. Lakin gələn il ərzində həmin kateqoriyadan olan vətəndaşların pensiya təyinatının avtomatlaşdırılması üçün həm qanunvericilikdə, həm də aidiyyəti qurumlarla birgə elektron proqram təminatının qurulması istiqamətində işlər aparılacaq.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
3 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
- 9 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 2 gün əvvəl
-
2 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq





















