Azərbaycanda aşağı nominallı avro qıtlığı
Bəzi banklar 500-lük avronu xırdalamır, kiçik nominallı avro əskinasları almaq çətinləşib
Əhali banklardan aşağı nominallı Avro əskinasları almaqda çətinlik çəkir.
Məsələn, Cavid İsmayılov adlı oxucu “Marja”ya müraciətində bildirib ki, cari hesabındakı 2000 avro vəsaiti kiçik nominallar ilə ala bilməyib:
“Kapital Bankdakı cari hesabımda 2000 avro var. Getmişəm çıxartmağa, yalnız 500-lük avro verir. Deyirəm “2000 avronu 500-lük ilə deyil, xırda ilə verin, gələn ildən bu pul dövriyyədən çıxır”, bankdan mənə “rəhbərliyin göstərişidir, xırda ilə verə bilmərik” cavabını verdilər. İkinci bir yol vəsaiti AZN ilə almaqdır”.
Cavid İsmayılovun sözlərinə görə, əksər banklar 500-lük avronu daha aşağı nominallı avro əskinaslara xırdalamırlar:
"500-lük avronun daha kiçik nominallı əskinaslara xırdalanmaması insanları avrolarını Manata dəyişdirməyə məcbur edir. Ya Manata çevirəsən, ya da 500-lük avro əlində qalacaqdır”.
“Marja” iddianı dəqiqləşdirmək üçün bir neçə bank ilə əlaqə saxladı. “TuranBank” və “Bank VTB Azərbaycan”dan bildirildi ki, kassalarda kiçik nominalı avro əskinasları yoxdur, bu səbəbdən 500-lük avronu aşağı nominallı avro əskinaslara dəyişmək mümkün deyil.
“Kapital Bank”dan bildirildi ki, “Bankın hazırkı qaydalaraına əsasən 500-lük avro kiçik nominallı avrolara dəyişdirilmir”.
“Bank Respublika”dan sorğumuza, “Qeyd olunan əməliyyat bankın müştərisi olan və hesab üzrə əməliyyatlar aparan şəxslər üçün keçərlidir” şəkilində cavab verildi.
“AccessBank”, “Yapı Kredi Bank Azərbaycan” və “Unibank”dan isə 500-lük avronun daha aşağı nominallı avrolara çevrilməsinin mümkün olduğu bildirildi. “Yapı Kredi Bank Azərbaycan”da ərizə doldurmaq tələb olunur.
"PAŞA Bank" isə, 500 nominallı Avro əskinasların daha kiçik nominallara dəyişdirilməsi üçün 1% komissiya haqqı təyin edib.
Azərbaycan Beynəlxalq Bankından bildirildi ki, ümumiyyətlə bank xarici valyutaları xırdalamır: "Təəssüf ki, ABB Dollar daxil xarici valyutaları xırdalamır".
AZƏRBAYCAN MƏRKƏZİ BANKI AÇIQLAMA YAYMIŞDI
Azərbaycan Mərkəzi Bankı 500 avro nominallı pul nişanı ilə bağlı açıqlamasında bildirmişdi:
"Avropa Mərkəzi Bankı 04 may 2016-cı il tarixdə 500 avro nominallı əskinasın istehsalının dayandırılması və 2018-ci ilin sonlarından isə bu nominalın təkrar tədavülə buraxılmaması ilə bağlı qərar qəbul etmişdir.
Bununla əlaqədar, Avropa Mərkəzi Bankının 23 noyabr 2018-ci il tarixli pres-relizinə əsasən Almaniya (Bundesbank) və Avstriya Mərkəzi Bankları tərəfindən 26 aprel 2019-cu il tarixindən (həmin gün daxil olmaqla), Avrozonaya daxil olan bütün digər mərkəzi banklar tərəfindən isə 26 yanvar 2019-cu il tarixindən (həmin gün daxil olmaqla) etibarən 500 avroluq pul nişanının təkrar tədavülə buraxılmasının dayandırlacağı bildirilmişdir.
Buna baxmayaraq, həmin tarixlərdən sonra 500 avroluq pul nişanının tədavüldə qanuni pul vahidi kimi qalacağı, ödəniş və yığım vasitəsi kimi istifadəsinin davam edəcəyi qərara alınmışdır.
Eyni zamanda, 500 avroluq pul nişanının bütün kommersiya strukturularının (o cümlədən banklar, ixtisaslaşmış nağd pul təşkilatları, valyuta mübadiləsi büroları və s.) mədaxil və məxaric əməliyyatlarında qalmasına icazə verilmiş, bütün digər nominallı avro əskinaslar kimi onun da daima öz nominal dəyərini saxlayacağı və müddətsiz olaraq Avrosistemə daxil olan mərkəzi banklar tərəfindən dəyişdiriləcəyi qeyd olunmuşdur".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
19 d. əvvəl
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
-
-
48 d. əvvəl
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
-
59 d. əvvəl
Daha 9 şəxs “Startap” şəhadətnaməsi aldı - 3 İL VERGİLƏRİ ÖDƏMƏYƏCƏKLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İlham Əliyev “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib
-
3 saat əvvəl
Qlobal şirkət qızıl və gümüş üçün qiymət proqnozlarını yuxarı qaldırıb
-
3 saat əvvəl
Qlobal bank 2027‑ci il üçün neftin qiyməti üzrə proqnozlarını aşağı saldı
-
3 saat əvvəl
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
-
3 saat əvvəl
Unibank maliyyə vəziyyətini açıqladı - AKTİVLƏRİ 2 MİLYARD MANATI KEÇİB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
Agentlik şirkətin provayder kimi uçotunu ləğv etdi
Ən çox oxunanlar
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
Biznes bankçılıqda daha çox rahatlıq – Expressbank
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Tərtərdə hərbi məhsullar istehsal edəcək zavodun açılışı olub
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub























