"Hər bir regionda kərpic zavodu tikilsə, mişar daşılarının kəsilməsinin qarşısı alınacaqdır"
Respublikada tikinti işlərinin sürətlə artan tələbatlarını ödəmək məqsədilə respublika ərazisində aşkar olunmuş gil yataqlarının bazası əsasında hər bir regionda ayrı-ayrı kərpic zavodlarının tikilməsi məqsədəuyğundur. "Marja"nın məlumatına görə, bunu Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri, "Mətanət A" şirkətinin rəhbəri Elxan Bəşirov bildirib.
"Beləliklə mişar daşılarının kəsilməsinin və ekoloji çirklənməyin qarşısı alınacaqdır",- iş adamı əlavə edib.
Elxan Bəşirov qeyd edib ki, Respublika ərazisində aşkar olunmuş tikinti daşı yataqlarından istifadə etməklə, respublikanın qum-çınqıl qarışığına olan tələbatını tamamilə ödəmək olar. Bu həm də son illər çay hövzələrində baş verən xoşagəlməz hadisələrin qarşısını (çay yataqlarının səviyyəsinin xeyli aşağı düşməsi nəticəsində suvarma sistemlərinin sıradan şıxması və s.) almış olar.
Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası tərəfindən tikinti materialları istehsalçıları arasında təbii sərvətlərin səmərəli istifadəsi ilə bağlı monitorinq aparılmış və bir sıra problemlər aşkar edilmişdir. Ətraflı: ATMİA-nın sədri Elxan Bəşirov inşaat materialları istehsalına dair təkliflərini təqdim etdi
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 9 saat sonra
-
-
1 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
6 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
8 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb

























