Azərsun şəkər tozu istehsalını artırıb
“Azərsun Holdinq”in tərkibində fəaliyyət göstərən “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin İmişli Şəkər Zavodunda ötən il 391,8 min ton şəkər tozu istehsal edilmişdir.
Zavoddan verilən məlumata görə, bu, kifayət qədər böyük rəqəmdir və ölkənin şəkər idxalından asılılığının aradan qaldırılmasına verilən sanballı töhfədir.
“Marja” xəbər verir ki, İmişli Şəkər Zavodu 2015-ci ildə 312,3 min ton şəkər tozu istehsal etmişdi. Beləliklə, ötən il şəkər tozu isrehsalı təxminən 79 min ton və ya 25% artıb.
Azərbaycanda şəkər tozu istehsal edilsə də xam şəkər xaricdən idxal olunur və bu da ölkəmizdən valyuta axını ilə nəticələnir. Bu ildən şəkər çuğunduru əkinlərinin genişləndirilməsi nəzərdə tutulur.
2015-ci illə müqayisədə Azərbaycana şəkər ixracı miqdar ifadəsində 220 828 tondan 108 363 tona, məbləğ ifadəsində isə 212 milyon 87 min dollardan 62 milyon dollara düşüb. Şəkər idxalı isə miqdar ifadəsində 291 462 tondan 365 243 tona, məbləğ ifadəsində isə 124 milyon 490 min dollardan 152 milyon 756 min dollara qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
12 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 12 saat əvvəl
-
14 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























