“Start and Up” mövzusunda forum keçirilib
Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qrupları və “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramının birgə təşkilatçılığı ilə fevralın 17-də Bakıda ilk dəfə “Start and Up” mövzusunda forum keçirilib.
Tədbirdə Dünyanın texnologiya mərkəzi kimi tanınan Silikon Vadisindən mütəxəssislər Brock Hinzman və Eileen McGinnis “Texnoloji Startaplar” mövzusunda öz təcrübələri ilə bölüşüblər.
Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən forumun iştirakçıları öncə startapların fəaliyyətindən ibarət sərgi ilə tanış olublar. Sərgidə “Youth Inc.” Biznes İnkubasiya Mərkəzinin dəstək olduğu “Logical Ad Inc.” və “JetMarket” startapları da iştirak edib.
Foruma ev sahibliyi edən ADİU-nun SABAH qrupları üzrə dekan müavini Aqil Əzizov açılış nitqi edərək, forumun aktuallığından danışıb. Tədbirdə “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramının rəhbəri Ələkbər Mustafayev forumun əsas məqsədindən söz açmışdır. Ə.Mustafayev forumun, gənc sahibkarlara mütəxəssislərin tövsiyə və fikirlərini çatdırmaq, gənc sahibkarlar ilə investorlar arasında əlaqələr yaratmaq və onların inkişafını təmin etmək məqsədi daşıdığını vurğulamışdır.
“Start and Up” forumun panel mərhələsinə “MilliKart” şirkətinin biznes inkişafı üzrə meneceri İlkin Haqverdiyev və “CDB” Bankın marketinq meneceri Sənan Həsənov ABŞ-ın Silikon Vadisindən olan mütəxəssislərlə birgə “Biznesinə Sıfırdan Başla” mövzusunda keçirilən paneldə iştirak edib. Spikerlər çıxışlarında startapların inkişafı, dövlətin və özəl sektorun gənc sahibkarlara dəstəyi, ölkəmizdə biznes inkubasiya mərkəzlərinin fəaliyyəti və s. məsələlərə toxunublar. Xatırladaq ki, panel orta və kiçik sahibkarlığın biznesə sıfırdan başlaması istiqamətlərini müəyyən etmək məqsədilə keçirilib.
Panel müzakirələrindən sonra qonaqlar mövzu üzrə gənclərin startap təqdimatlarını izləyiblər. Təqdimatların keçirilməsində məqsəd, gənc sahibkarları xarici investorlarla əlaqələndirmək və Azərbaycanda bu sahənin inkişafı üçün yeni imkanlar yaratmaq olub. SABAH qruplarının “TechSOS” komandası da təqdimatla çıxış edib. “TechSOS” komandası “Microsoft Imagine Cup 2016” müsabiqəsinin milli finalının və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi qrant müsabiqəsinin qalibidir. Komanda həmçinin “TechSOS” layihəsi ilə ölkəmizdə İT sahəsində çalışan ən qabaqcıl qadınlara təqdim olunan “AWITA 2017” – “The Women in IT Award” mükafatlarının “İLİN STARTAPI” nominasiyasına layiq görülüb. O cümlədən, SABAH qruplarının tələbələrindən ibarət “AĞART” komandası “Little Hero”, “Beta Team” komandası “Timoo”, “Nulls” komandası “Wake me up”, “Dream Team” komandası “ZoomX” və “Force” komandası “LL” məhsulunun təqdimatları ilə çıxış etdilər.
Həmçinin “Youth Inc.” Biznes İnkubasiya Mərkəzinin fəal rezidentlərindən biri olan “JetMarket” şirkəti də təqdimatda iştirak edib. Jetmarket rəqabətli qiymətlərə malik geniş məhsul çeşidi, pulsuz və 1 saata çatdırılma seçimi, misilsiz müştəri məmnuniyyəti təqdim edən dinamik və gənc şirkətdir.
Forumun tərəfdaşları Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Futuroloqlar Cəmiyyətidir.
2006-cı ildə fəaliyyətə başlamış Azərbaycan Futuroloqlar Cəmiyyəti Azərbaycanda ilk bu tipli tədqiqat mərkəzi olaraq, öz qarşısında müasir meylləri öyrənmək və gələcək istiqamətləri müəyyən etmək məqsədini qoyur. AFC beynəlxalq futuroloziya modellərindən istifadə edərək, Azərbaycanda və bütün Qafqaz regionunda inkişaf meyllərini təşkil edən peşəkar ekspertlər və analitiklər qrupundan ibarətdir.
Xatırladaq ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qrupları Ali təhsildə keyfiyyətin yüksəldilməsi, müasir tələblərə uyğun kadrların hazırlanması və təhsil sistemində yeni mühitin yaradılması məqsədilə formalaşmış qruplardır. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir.
Qeyd edək ki, ABŞ-ın Silikon Vadisi inkişafda olan tendensiyalar və qabaqcıl texnologiya sahəsində biznes-təhsil proqramları və texnoloji innovasiya mövzularında qlobal konfranslar təşkil edir. Dünyanın texnologiya mərkəzi kimi tanınan Silikon Vadisi nəhəng texnologiya korporasiyaları ilə yanaşı, yüzlərlə startap şirkətlərə də ev sahibliyi edir.
“Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramı 2013-cü ildə “Coca-Cola” şirkətinin, Gənclər və İdman Nazirliyinin və DVC təşkilatının tərəfdaşlığı ilə rəsmi fəaliyyətə başlamış və 2015-ci ildə “Youth Inc.” Biznes İnkubator Mərkəzi yaradılmışdır. "Youth Inc."in aktiv fəaliyyət göstərdiyi illər ərzində Proqram məzunları xeyli sayda biznes-layihələr həyata keçirib, bir sıra startap dəstəklənib və 7 minə yaxın gənc müxtəlif seminarlarda iştirak edib. Proqram “JEUNE” və “INBIA” təşkilatlarının üzvüdür.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 25 d. əvvəl
- 25 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
Əmanətlərin sığortalanması faizi yeni metodologiya ilə təsdiq ediləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Maya dəyəri 4–5 dollar olan telefonlar mağazalarda 60–70 manata təklif olunur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dünya Bankı Azərbaycanda qaz sızmalarının azaldılmasına dəstək verəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızıl və gümüş kəskin ucuzlaşıb
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu
Yeni Mercedes-Benz S-Class təqdim edildi - FOTO/VİDEO
Güclü iPhone satışları hesabına Apple şirkətinin gəliri rekord qırıb
Rəsmi məzənnələr açıqlanıb
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir
Tramp Kubaya neft satan ölkələrə gömrük tarifi tətbiqini nəzərdə tutan sərəncam imzalayıb


















