Tramp: Fed mənim üçün ən böyük təhdiddidr
ABŞ Prezidenti Donald Tramp, Amerika Mərkəzi Bankının (Fed) çox sürətli faiz artırdığını bildirərək, "Fed mənim üçün ən böyük təhdiddir",- deyib.
"Marja" xəbər verir ki, Tramp, Amerikanın televiziya kanalı "Fox Business"ə verdiyi müsahibəsində, Fed-i tənqid etməyi davam etdirib.
Bankın müstəqil olmasına görə pul siyasətini Fed sədri Jerome Pauell ilə müzakirə etmədiyini deyən Tramp, "Fed faizləri çox sürətlə artırır. Müstəqil olduğu üçün onunla (Fed dədri Pauell) danışmamışam, amma etdiklərindən məmnun deyiləm, çünki çox sürətli faiz artırırlar", -ifadələrini istifadə edib.
Tramp, son inflyasiya rəqəmlərinin aşağı olduğunu və Fed-in faiz artırmağa davam etməsinin səhv olacağını bildirərək, "Fed mənim üçün ən böyük təhdiddir",- deyib.
Bu fikirlər ABŞ Prezidenti Donald Trampın, vəzifəyə gəlməsindən bu yana 6 dəfə faiz artıran Fed-ə qarşı ilk tənqidləri deyil. Tramp, keçən həftə "Fed-in səhv etdiyini düşünürəm. Fed ağlını itirib",- demişdi.
Güclü dolların Amerika şirkətlərinin işini çətinləşdirdiyini müdafiə edən Tramp, Fed sədri Powell-ı qovmağı düşünüb düşünmədiyi sualına "Xeyr. Onu qovmayacağam. Sadəcə, məyusam", - cavabını vermişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
9 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























