Keşiş buraxılarsa Dollar neçə Türk Lirəsinə düşər?
Türkiyədə həbsdə olan keşiş Endryu Branson işinə dair gözləntilər TL-ni (Türk Lirəsi) dəstəkləyir.
"Marja" xəbər verir ki, bunu Türkiyənin "Ata İnvestisiya" şirkətinin direktoru Cem Tözge bildirib.
Onun sözlərinə görə, məzənnənin aşağı hərəkəti (Dolların ucuzlaşamsı, Lirənin bahalaşması - Marja) davam edə və Dollar/TL məzənnəsi 5.50 səviyyələrinə düşə bilər.
Cem Tözge əlavə edib ki, Yeni İqtisadi Proqram, Prezident Ərdoğanın ABŞ səfəri, həm geosiyasi, həm də ölkə daxili siyastlə bağlı müsbət gözləntilər TL-ni dəstəkləyir.
Qeyd edək ki, ABŞ, Türkiyənin keşiş Endryu Bransonu azad buraxacağını açıqlayıb. Bransonun məhkəməsi Oktyabrın 12-də keçiriləcəkdir.
Bransonun həbs edilməsi və bu həbsə görə ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsi Dolların bahalaşmasına səbəb olmuşdu.
Son həftələrdə 6 səviyyəsinin üzərində olan Dollar/TL məzənnəsi dünən 6 səviyyəsindən aşağı düşmüş və 5.96-nı test etmişdi.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 7 saat sonra
-
-
3 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
8 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 9 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
10 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb




























