Dubaydan Azərbaycanın şəhərlərinə uçuşların həyata keçirilməsi öyrəniləcək
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov Dubay aeroportlarının sədri Şeyx Əhməd bin Səid Al Maktum ilə görüşüb. Şeyx Əhməd bin Səid Al Maktum həm də “Emirates” və “Fly Dubai” Hava Yollarının, “Dubay World” holdinqinin, “Nur” bankının, “Dubay Aviation City” korporasiyasının sədridir.
Görüş zamanı Azərbaycana səfər edən BƏƏ vətəndaşlarının sayının ildən-ilə artmasının əməkdaşlığa yeni dinamika verdiyi bildirilib. Vurğulanıb ki, rəsmi statistikaya görə, 2017-ci ildə BƏƏ-dən Azərbaycana yüz mindən çox turist səfər edib və bu da 2016-cı illə müqayisədə 2 dəfə çox olub.
Görüşdə xüsusi vurğulanıb ki, hazırda BƏƏ vətəndaşları Azərbaycana səfər etmək üçün vizanı elektron qaydada və ya ölkəmizin beynəlxalq hava limanlarında əldə edə bilirlər. Bununla yanaşı, cari ilin iyul ayından başlayaraq BƏƏ-nin rezident vizasına sahib olan bütün əcnəbilərə vizalar Azərbaycanın beynəlxalq hava limanlarında rəsmiləşdirilir.
Səfir BƏƏ turistlərinin Azərbaycana artmaqda olan maraqlarının birbaşa uçuşlar coğrafiyasının genişləndirilməsini stimullaşdırdığını diqqətə çatdıraraq, hazırda “Azərbaycan Hava Yolları”nın Bakı-Dubay, BƏƏ-nin “Fly Dubay” şirkətinin Dubay-Bakı və Dubay-Qəbələ, "Air Arabia” şirkətinin Şarja-Bakı, Şarja-Qəbələ, "Etihad” Hava Yollarının Əbu-Dabi-Bakı marşrutu üzrə birbaşa uçuşlarının həyata keçirildiyi barədə məlumat verib. BƏƏ turistlərinin Azərbaycana maraqlarının getdikcə artması baxımından səfir BƏƏ-dən Naxçıvan, Gəncə və Azərbaycanın digər şəhərlərinə birbaşa uçuşların açılmasının vacibliyini bildirib, bu şəhərlərin və Azərbaycanın digər məkanlarının turistik potensialı barədə danışıb. Eyni zamanda, hava daşımalarına yeni aviaşirkətlərin cəlb olunmasının da məqsədəuyğunluğu qeyd olunub.
Görüş zamanı Şeyx Əhməd bin Səid Al Maktum iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyindən məmnunluğunu bildirib, bu əlaqələrin keyfiyyətcə daha da yüksək səviyyəyə qaldırılması üçün zəruri işlərin görülməsinin vacibliyini vurğulayıb. O, rəhbərlik etdiyi “Emirates” və “Fly Dubai” Hava Yollarının Azərbaycanın digər şəhərlərinə birbaşa uçuşlarının həyata keçirilməsi məsələsinin öyrəniləcəyini bildirib. Şeyx Əhməd bin Səid Al Maktum bu məsələyə mənfəət əldə edilməsi deyil, uçuşların iki dost xalq arasında münasibətlərin daha da dərinləşməsinə xidmət etməsi prizmasından baxılacağını qeyd edib. O, 2015-ci ildə Dubay Əmiri ilə Azərbaycan Respublikasına etdiyi səfərin xoş təəssüratları barədə danışıb.
Daha sonra Şeyx Əhməd bin Səid Al Maktum rəhbərlik etdiyi digər qurumların fəaliyyəti barədə, o cümlədən Dubay Hökumətinin sərmayə layihələri portfelini idarə edən “Dubai World” korporasiyası, Dubay Əmirliyini dünyanın kommersiya və logistik mərkəzinə çevirən “Dubai Aviation City Corporation” haqqında məlumat verib. O, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Maktumun cari ilin avqust ayında Dubay şəhərinin İslam Bankı mərkəzinə çevrilməsi strategiyası çərçivəsində Dubay İslam İqtisadi İnkişaf Mərkəzinin yaradılması haqqında sərəncam imzaladığını bildirərək, başçılıq etdiyi Noor Bankın sözügedən təşəbbüsə mühüm töhfə verdiyini diqqətə çatdırıb.
Görüşdə iştirak edən “Azərbaycan Hava Yolları”nın nümayəndəsi Emin Sadıxov BƏƏ-də işlədiyi uzun illər ərzində Şeyx Əhməd bin Səid Al Maktumun rəhbərlik etdiyi müvafiq qurumlar tərəfindən göstərilən dəstəyə və əməkdaşlığa görə minnətdarlığını bildirib.
Şeyx Əhməd bin Səid Al Maktum, öz növbəsində, “Azərbaycan Hava Yolları”nın Dubay hava limanına uçuşlar təşkil edən şirkətlər arasında ən keyfiyyətli xidmət göstərən şirkətlərdən biri olduğunu, yerli sərnişinlər tərəfindən sevildiyini qeyd edib, bu xidmətlərə görə Emin Sadıxova və şirkətin rəhbərliyinə təşəkkürünü ifadə edib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 4 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
22 d. əvvəl
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
-
29 d. əvvəl
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
- 54 d. əvvəl
-
1 saat əvvəl
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
-
1 saat əvvəl
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
-
1 saat əvvəl
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
-
1 saat əvvəl
Əhalinin və biznesin banklara cəmi borcu 30 milyard manata yaxınlaşıb
-
2 saat əvvəl
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbul planı
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
Ən çox oxunanlar
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
Dekabrın 26-da gözlənilən hava şəraiti
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza
























