"Kartofun qiymətinin qaldırılmasına cəhdlər olarsa,..."
Kartof dünyada ən çox istifadə edilən əsas qidalardan biridir. “İkinci çörək” adlandırdığımız bu məhsul hər bir ailənin mətbəxində əvəzsiz yer tutur. Beləliklə, kartofun bazarlardakı qiyməti də hər bir azərbaycanlı ailəsinin büdcəsinə təsirsiz ötüşmür.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin nümayəndəsi, ekspert Nicat Nəsirlinin kartof bazarında mövcud vəziyyətlə bağlı açıqlamasını təqdim edirik.
Bu il ölkədə 743 min ton kartof istehsalının proqnozlaşdırıldığını deyən Nicat Nəsirli bildirib ki, kartofun əkin sahəsi 59 min hektara, məhsuldarlığı isə 15 tona çatıb. Bu məhsul üzrə istehsal həcminə görə, Gədəbəy liderlik (12 min ha) edir. Sonrakı yerləri Tovuz (7 min ha), Şəmkir (6,5 ha) və Cəlilabad (5 min ha) tutur. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyun ayları ərzində ölkə üzrə 59,3 min hektar kartof əkini sahəsinin 20 min hektarından (33,8 faiz) 304,3 min ton məhsul yığılıb. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çoxdur.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin 2018-ci il 3 avqust tarixli qərarına əsasən, ölkəyə idxal edilən təzə kartofun tarif dərəcəsinin 30 faizə qaldırılması 2 aylıq müddətdə yerli məhsulun realizə olunmasını nəzərdə tutur: “Azərbaycan özünü kartof üzrə 85,5 faiz təmin edir və rəqəmlər deməyə əsas verir ki, indiki vəziyyətdə daxili bazarda kartofun qiymətinin qaldırılmasına cəhdlər olarsa, bu, yalnız spekulyativ xarakter daşıyacaq və “psixoloji qiymət artımı” kimi qiymətləndirilməlidir. Həmçinin kartof idxal etdiyimiz ölkələrdəki vəziyyətin təhlili göstərir ki, daxili tələbatın artdığı dövrdə (noyabr-aprel ayları) belə bahalaşma iqtisadi xarakter daşımayacaq. Belə ki, kartof idxal etdiyimiz xarici ölkələrdə istehsal yüksək səviyyədədir və həmin ölkələrin özündə də kartof bahalaşmayıb”.
İl ərzində ölkəmizə 160 min ton kartof idxal olunduğunu və bunun da daxili tələbatın cəmi 16 faizini təşkil etdiyini bildirən ekspert deyib ki, son illər İranın idxalda çəkisi artmaqdadır, bunun səbəbi coğrafi yaxınlıq və məhsulun ucuz başa gəlməsidir (0.30 - 0.33 qəp.). İran Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2018-2019-cu təsərrüfat ilində 146,2 hektarda əkilmiş sahədən 4,99 milyon ton kartof istehsalı gözlənilir. Ötən il də 4,9 milyon ton kartof istehsal edilmiş, 109,7 milyon dollar dəyərində 647,7 min ton məhsul ixrac olunmuşdu. Azərbaycan isə hər il 50 min tondan artıq kartofu bu ölkədən alır və buna 9 milyon dollardan çox pul xərcləyir.
Rusiya kartof təminatında Azərbaycan üçün ikinci mühüm ölkədir. Ötən il 43 min tondan artıq məhsul alınıb. Bu il Rusiyada rekord həddə istehsal gözlənilir. 2017-2018-ci ildə bu ölkədə 33,6 milyon ton kartof istehsal olunub ki, bu da ötən ilkindən 16 faiz çoxdur.
Digər ölkədən - Gürcüstandan ildə 40 min tondan artıq kartof alırıq, bu ölkədə də istehsal qənaətbəxşdir.
“Kartof idxalımızda 16 min tonluq həcmlə dördüncü yerdə Türkiyə dayanır. Bu ölkənin Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, 2017-2018-ci il üzrə ölkədə istehsal 5 milyon ton proqnozlaşdırılır və ümumi istehlakdan artıq qalacaq 300 min ton məhsul ixrac ediləcək. Azərbaycan ötən il qardaş ölkədən aldığı “ikinci çörək” üçün 4 milyon dollardan artıq vəsait ödəyib. Kartof aldığımız sonrakı ölkələr sırasında Belarus (6 min ton), Ukrayna (2,5 min ton) və Pakistan da var. Pakistan da Azərbaycanın kartof təminatında mühüm ölkələrdəndir. İl ərzində bu ölkədən 3 min tona qədər kartof alırıq.
Pakistanda cari mövsüm əlverişli olub və illik istehsal bu ölkədə 4 milyon ton təşkil edəcək”, - deyə Nicat Nəsirli bildirib.
Ekspert qeyd edib ki, göründüyü kimi, yaxın aylarda nə daxili istehsal, nə də xarici bazarlardakı istehsal həcmi ciddi bahalaşmanın olacağına əsas vermir.
MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN
© Azərtac
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 16 saat sonra
-
- 15 d. əvvəl
-
30 d. əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 36 d. əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
2 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Azad edilmiş ərazilərə ümumi investisiyaların həcmi 17 milyard dolları yaxındır"
-
2 saat əvvəl
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
-
4 saat əvvəl
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Ən çox oxunanlar
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb
Dövlət büdcəsində 3 milyard manata yaxın profisit yaranıb
Azərbaycanda minik avtomobillərinin istehsalı 18,3% azalıb, avtobus istehsalı isə 4,3 dəfə artıb
İyunun 19-da gözlənilən hava şəraiti























