Azercell daha bir xidməti təkmilləşdirib
Azercell Telekom MMC öz abunəçiləri üçün daha bir xidməti təkmilləşdirərək, onların ixtiyarına verib.
Belə ki, artıq Azercell abunəçilərinə Zvooq xidmətinin premium versiyası vasitəsilə istənilən musiqini dinləmək və yeni musiqi parçaları əlavə edərək öz play listini yaratmaq imkanı verir. Xidmətə qoşulmaq üçün Google Play və ya AppStore-dan mobil tətbiqi yükləmək, qeydiyyat üçün sadəcə tətbiqdə mobil nömrəni daxil edib, əvəzində SMS vasitəsilə gələn unikal kodu təkrarən mobil tətbiq üzərindən əlavə etmək lazımdır.
Qeyd edək ki, xidmət 10.02.2017-ci il tarixindən etibarən bütün abunəçilərin istifadəsinə təqdim olunub. Həmin tarixdən xidmətə qoşulanlar ilk aylıq (30 günlük) istifadə müddəti ərzində Zvooq xidmətindən ödənişsiz yararlana bilirlər. Bu (30 günlük) müddət bitdikdən sonra, həmçinin 10.03.2017-ci il tarixindən etibarən xidmətə qoşulanlar, 4,5 AZN xidmət haqqı ödəməklə xidmətdən 30 günlük istifadə edəcəklər. Aylıq abunə haqqı müqabilində xidmətə qoşulma hər ay avtomatik yenilənir. Zvooq xidməti abünəçinin istifadə etdiyi internet paketin trafikindən hesablanacaq.
Abunəçilər Azercell Telekom MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəsindən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi - SimSim abunəçiləri (012) 4904949/2002, Fakturalı xətt abunəçiləri (012) 4905252/6565, E-poçt: [email protected]; [email protected], o cümlədən onlayn müştəri xidmətləri) müraciət etməklə almaq imkanına malikdirlər.
Beləliklə, Zvooq xidmətinə ilə siz əhvalınıza uyğun istənilən musiqini istədiyiniz anda dinləyə biləcəksiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
13 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 13 saat əvvəl
-
15 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























