THY Bakıdan İstanbulun Sabiha Gökçen Hava limanına uçuşları bərpa edir
Dünyada ən çox istiqamət üzrə uçuşlar həyata keçirən "Türk Hava Yolları" aviaşirkəti 6 sentyabr 2018-ci il tarixindən etibarənBakıdan İstanbulun Sabiha Gökçen Beynəlxalq Aeroportuna uçuşları bərpa edir.
Bu barədə "Marja"ya THY-nin Bakı nümayəndəliyindən məlumat verilib.
“Türk Hava Yolları” aviaşirkəti sözügedən hava limanına uçuşları 2015-ci ilin martın 15-də başlamış və 2016-cı ilin payızında dayandırmışdır. Şirkətin Bakı nümayəndəliyinin məlumatına görə, İstanbul Sabiha Gökçen Beynəlxalq Aeroportuna uçuşlar həftədə 3 dəfə yerinə yetiriləcək. İstanbuldan Bakıya uçuşlar həftənin IV, VI və VII günləri saat 21:15-də, Bakıdan İstanbula isə həftənin I, V və VII günləri saat 03:55-də həyata keçiriləcək.
Qeyd edək ki, hazırda “Türk Hava Yolları” aviaşirkəti İstanbuldan Bakıya həftədə 4 reys üzrə uçuşlar yerinə yetirir. Sabiha Gökçen hava limanına uçuşların bərpa edilməsi ilə uçuşlarının sayı beşə çatdırılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 4 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 15 d. əvvəl
-
22 d. əvvəl
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
-
45 d. əvvəl
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
- 50 d. əvvəl
-
1 saat əvvəl
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza
-
1 saat əvvəl
"Bakı Metropoliteni”ndən "BAKELEKTRO"ya 3,9 milyon manatlıq sifariş
-
2 saat əvvəl
Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu
-
2 saat əvvəl
Estoniyanın İT şirkəti Dövlət Vergi Xidmətinin "Yeni Avis 2" sistemini yeniləyəcək
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Dekabrın 26-da gözlənilən hava şəraiti
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza
"Bakı Metropoliteni”ndən "BAKELEKTRO"ya 3,9 milyon manatlıq sifariş
Ən çox oxunanlar
Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu
Azərbaycan neftinin son qiyməti
ABŞ Venesueladan çıxan tankeri qovalayıb
Yaponiya hökuməti iqtisadi artım proqnozunu yüksəldib






















