Manatın ticarət çəkili real effektiv məzənnəsi möhkəmlənib
Dövr ərzində manat ABŞ dollarına qarşı 0.01%, Türk lirəsinə qarşı 17.3%, Avroya qarşı 2.4%, İngiltərə funt sterlinqinə qarşı 2.5%, Rus rubluna qarşı 8.1% möhkəmlənmişdir.
2018-ci ilin I yarımilliyində Manat ABŞ dollarına qarşı 0.01%, Türk lirəsinə qarşı 17.3%, Avroya qarşı 2.4%, İngiltərə funt sterlinqinə qarşı 2.5%, Rus rubluna qarşı 8.1% möhkəmlənmişdir.
“Marja” Mərkəzi Bankın Pul Siyasəti İcmalına istinadən xəbər verir ki, ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir. 6 ayda manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi (REM) 1.2% möhkəmlənmişdir. Möhkəmlənmə yerli ixrac üçün arzuolunan deyil.
Nominal effektiv məzənnənin (NEM) 4.9% bahalaşması REM-ə artırıcı, tərəfdaş ölkələrlə inflyasiya fərqləri isə azaldıcı təsir etmişdir.
"2014-cü ilin sonundan bəri isə manatın real effektiv məzənnəsi 35.4% ucuzlaşmışdır ki, bu da qeyri-neft sektorunun rəqabət qabiliyyətini dəstəkləyən faktordur",- İcmalda deyilir.
Qeyd edək ki, İyul və Avqust aylarında Türk Lirəsi və Rubl daha da ucuzlaşıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
7 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"




















