Almanların Azərbaycan bankında payı artdı
Almaniyanın maliyyə institutu DEG-in “Bank Respublika”nın nizamanmə kapitalında payı artdı
"Bank Respublika" ASC-nin hər birinin nominal dəyəri 2,45 manat olan 2 448 980 ədəd adi səhminin emissiyası yekunlaşıb.
“Marja” xəbər verir ki, emissiya nəticəsində bankın nizamanamə kapiatlı 6 milyon manat artaraq 67 milyon 461 min 88 manatdan 73 milyon 461 min 89 manata yüksəlib.
Emissiya edilmiş səhmlərin 2 milyon 428 min 571 ədədi və ya 5 milyon 949 min 998.95 manatlıq hissəsi Bankın mövcud səhmdarı Almaniyanın maliyyə institutu DEG (Deutsche Investitions- und Entwicklungsgesellschaft mbH) tərəfindən əldə edilib. Nəticədə, DEG-in “Bank Respublika”nın nizamanmə kapitalında payı 9,26%-dən 16.59%-ə yüksəlib.
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!
Səhmlərin 20 min 409 ədədi və ya 50 min 2 manatlıq hissəsi isə Bankın əsas səhmdarı Quliyev Natiq Saday oğlu tərəfindən əldə edilib. Nəticədə, Natiq Quliyevin Bankın nizamnamə kapitalında payı 43.96% təşkil edib. Əqddən əvvəl bu nisbət 53,72% idi. Nisbətin azalmasının səbəbi DEG-in nizamanmə kapitalında payının artmasıdır.
BANKIN BORCUNUN YERİNƏ SƏHMLƏRİ VERİLİB
30 mart 2018-ci il tarixində Bankın Səhmdarlarının Ümumi Yığıncağı zamanı DEG-in subordinasiya kreditini Bankın səhmlərinə konvertasiya etməklə, hər birinin nominal dəyəri 2.45 AZN, ümumi məbləği 6 milyon manat olan 2,448,980 min əlavə adi səhmin buraxılması ilə Bankın nizamnamə kapitalının artırılması təsdiqlənmişdi.
Almaniyanın dövlət bankı "KfW"nin törəmə şirkəti olan DEG inkişaf etmiş və inkişafda olan ölkələrdə özəl sektor şirkətlərini maliyyələşdirir, investisiya yatırır və məsləhət təklif edir. "KfW"nin 80%-i Almaniya federal hökumətinə, 20% isə federal əyalətlərə məxsusdur.
"Bank Respublika" ASc-nin nizamanmə kapitalı hər birinin nominal dəyəri 2,45 manat olan 29 milyon 984 min 118 ədəd adi səhmdən ibarətdir. Natiq Quliyev və DEG ilə bərabər, "Sparkassen International Development Trust" şirkəti (Almaniya), Elçin Saday oğlu Quliyev, Sevda Saday qızı Quliyeva, Saday Əsəd oğlu Quliyev, Mariya Heydər qızı Quliyeva, digər 3 hüquqi və 9 fiziki şəxs Bankın səhmdarlarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
9 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
15 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş





























