“Meqa Sığorta”nın böyüməsi və gəlirlərinin artması mənfəətində əks olunmur
“Meqa Sığorta” ASC 2018-ci ilin birinci yarısını 2 milyon 530 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət ötən ilin eyni dövrünü 2 milyon 551 min manat xalis mənfəətlə başa vurmuşdu. Beləliklə, “Meqa Sığorta”nın xalis mənfəəti cüzi azalıb.
“Marja” Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, cari ilin Yanvar-İyun dövründə “Meqa Sığorta”nın cəmi gəlirləri 14 milyon 828 min manat, cəmi xərcləri isə 11 milyon 666 min manat təşkil edib. Ötən ilin eyni dövründə cəmi gəlirlər 11 milyon 53 min manat, cəmi xərclər isə 7 milyon 864 min manat təşkil etmişdi. Şirkətin cəmi gəlirləri 34%, cəmi xərcləri isə 48% artıb.
Şirkətin topladığı sığorta haqları 10 milyon 288 min manatdan 15 milyon 14 min manata yüksəlib (46% artım). Sığorta haqlarının artmasına baxmayaraq, “Meqa Sığorta” gəlirin böyük hissəsini özündə saxlamağı bacarmayıb.
Şirkəti xərcləri arasında ən çox təkrarsığortaya verilmiş sığorta haqları artıb. Ötən ilin ilk 6 ayında 3 milyon 679 min manat olmuş haqlar, cari ilin 6 ayında 8 milyon 479 min manat təşkil edib (23 dəfə artım).
“Meqa Sığorta”nın xərcləri artdığından əməliyyat mənfəəti ötən ilin birinci yarısındakı 3 milyon 188 min manatdan bu ilin eyni dövründə 3 milyon162 min manata düşüb.
30 İyun 2018-ci il tarixində “Meqa Sığorta” 41 milyon 791 min manat cəmi aktivlərə malik olub. Şirkət ötən ilin sonunda 35 milyon 521 min manat cəmi aktivlərə malik idi
“MEQA SIĞORTA”NIN SƏHMDAR TƏRKİBİ
30 İyun 2018-ci il tarixində, Əliyev Rauf Zeynal oğlu (19%), Əliyev Zeynal Hacıməmməd oğlu (10%), İsmayılova Nəzakət Zakir qızı (19%), Quliyev Zaur Zakir oğlu (19%) Qurbanov Yaşar Feyzi oğlu (14%), Məmmədova Fərəh Fərahim qızı (19%) "Meqa Sığorta"nın səhmdarları olub.
30 İyun 2017-ci il tarixində isə şirkətin səhmdarları Əliyev Rauf Zeynal oğlu (19%), Əliyev Zeynal Hacıməmməd oğlu (19%), İsmayılova Nəzakət Zakir qızı (19%), Quliyev Zaur Zakir oğlu (19%), Qurbanov Yaşar Feyzi oğlu (15%),İsmayılov Eldar Əli oğlu (9%) idi.
Qısası, İsmayılov Eldar Əli oğlu səhmdarlar sırasını tərk edib və onu Məmmədova Fərəh Fərahim qızı əvəz edib. Zeynal Əliyevin payı 19%-dən 10%-ə, Yaşar Qurbanovun payı isə 15%-dən 14%-ə düşüb. Onların payını da Fərəh Məmmədova əldə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 16 d. əvvəl
-
34 d. əvvəl
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
16 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Azərbaycan şirkəti müflis elan olunacaq
5-ci böyük bank qazancını bölüşdürməyə hazırlaşır
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Amazon Web Services Azərbaycanda
Ən çox oxunanlar
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!



















