10 günlük işi 1 saata görən texnika - AZƏRBAYCANDA
Yeni texnologiyaların tətbiqi fındıq əkib-becərən təsərrüfatçıların işini asanlaşdırır.
Xaçmazlı fermerlər ağacdan yığılan fındığın qabıqdan təmizlənməsi üçün xüsusi aqreqatdan istifadə edirlər. Bu texnologiyanın tətbiqi təsərrüfatçıların işini xeyli yüngülləşdirir. Belə ki, bağından 1 ton fındıq əldə edən təsərrüfatçı əvvəllər bu məhsulu qabığından təmizləmək üçün ailə üzvləri ilə birlikdə 7-10 gün vaxt sərf etməli olurdu. Fındıq təmizləyən texnika isə bu işi cəmi bir saata görür.
Xaçmazlı traktorçu İsmayıl Məmmədəliyev Türkiyə istehsalı olan təmizləyici aqreqatı 17 min manata alıb. Rayonda 10-na yaxın belə texnika var.
Traktorçu bildirir ki, fındıq toplanmasına başlanan gündən sifarişlərin ardı-arası kəsilmir. Gün ərzində müxtəlif kəndləri gəzərək 3-4 ton fındıq təmizləyir. Xidmət haqqı olaraq hər 100 kiloqrama görə 3 kiloqram təmizlənmiş fındıq alır.
Gün ərzində 20-30 litr dizel yanacağı işlədən texnika üçün ehtiyat hissələrini bu aqreqatın daha çox istifadə olunduğu Zaqatala-Balakən zonasındakı satış mərkəzlərindən əldə etmək mümkündür.
Təsərrüfatçı Mais Aslanov deyir ki, bu texnikalar gələndən fındıq təmizləmək kimi çətin bir iş daha onları narahat etmir: “Canımız dincəlib. Fındığı yığmaq asan deyil. Məhsulu toplamaq bir yana, onu vaxtında qabığından təmizləməyəndə qaralıb zay olurdu. İndi isə bu texnika bir neçə saatın içində fındığı qabığından ayırır. İşimizə çox yarayır. Kənd təsərrüfatının bütün sahələrində belə texnikalardan istifadə etmək lazımdır”.
Xaçmazda fındıq yığımına avqustun əvvəlindən başlanılıb və sentyabrın ilk günlərinədək davam edəcək.
Fındıq istehsalı şimal bölgəsi rayonlarının iqtisadiyyatında mühüm rol oynayır. Xaçmaz rayonunda 8 min 218 hektar fındıq bağı var ki, bunun da 3 min 921 hektarından məhsul yığılır. 2017-ci ildə bu bağlardan 5 min 800 tondan çox fındıq toplanılıb.
Xaçmaz respublikada fındıq bağlarının artırılması nəzərdə tutulan 12 rayondan biridir. Ölkə üzrə 40 min hektar yeni fındıq bağlarının salınması nəzərdə tutulur ki, bunun da 5 min 16 hektarı Xaçmaz rayonunun payına düşür.
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!
© Azərtac
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 30 d. əvvəl
- 44 d. əvvəl
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
15 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
15 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
15 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
14 bəndlik ABŞ-İran sülh planı açıqlandı
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur

























