Banklarda Dolların az-az bahalaşması davam edir
Azərbaycanın əsas ticarət tərəfdaşları olan Rusiya və Türkiyənin milli valyutalarının ucuzlamasının təsiri ilə Azərbaycan Manatı üzərində spekulyativ təzyiq yaranıb.
“Marja” xəbər verir ki, ABŞ və Türkiyə arasında əlaqələrin pisləşməsindən sonra 5 Türk lirəsini keçən Dollar bu gün də 1,4% bahalaşaraq 5.3521 lirəyə yaxınlaşıb.
ABŞ-ın Rusiyaya yeni sanksiyalar tətbiq edəcəyinin gözlənilməsi ilə Rusiya Rublu da ucuzlaşır. Dünən birjda Rusiya Rublu Dollar qarşısında 3%-dən çox dəyərdən düşüb. Dollar/Rubl məzənnəsi 65.55 səviyysinə qalxıb. Banklarda Dollar 66 rubldan da baha satılıb. Rusiya valyutası Dollar qarşısında sonuncu dəfə 2016-ci ilin noyabrında bu səviyyələrə düşmüşdü.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
“Marja”nın məlumatına görə, rəsmi məzənnə dəyişməsə də, Azərbaycanda banklarda Dolların cüzi də olsa bahalaşması müşahidə olunur. Məsələn, dünən ilə müqayisədə, “Bank of Baku” dolların satış qiymətini 1.7030 manatdan 1.7035 manata, “Bank Respublika” 1.7020 manatdan 1.7025 manata, “Turanbank” 1.7025 manatdan 1.7030 manata, “Unibank” 1.7020 manatdan 1.7030 manata qaldırıb. Dünən də banklar dolları bahalaşdırmışdılar. Bir neçə gün öncə banklardan 1.7005-1.7010 manatdan Dollar almaq mümükün idi.
Satış qiymətlərinə paralel olaraq Dolların alış qiymətlərində də artım var.
Dolların bahalaşmasının digər bir səbəbi ABŞ valyutasına idxalçıların və digər qurumların təlabatının artması ola bilər.
Qeyd edək ki, bu ilin Aprel ayında da Manata spekulyativ hücum olmuş və Mərkəzi Bank bu hücumu dəf etmişdi.
| Dollar | Avro | ||
| Alış | Satış | Alış | Satış |
AccessBank | 1.6970 | 1.7020 | 1.9331 | 1.9923 |
Afbank | 1.6985 | 1.7020 | 1.9590 | 1.9865 |
AGBank | 1.6950 | 1.7030 | 1.9668 | 1.9931 |
Amrahbank | 1.7000 | 1.7030 | 1.9700 | 1.9870 |
AtaBank | 1.6980 | 1.7020 | 1.9580 | 1.9900 |
Azərbaycan Beynəlxalq Bankı | 1.6900 | 1.7030 | 1.9233 | 1.9815 |
Azərbaycan Sənaye Bankı | 1.6980 | 1.7010 | 1.9500 | 1.9920 |
Azər-Türk Bank | 1.6950 | 1.7020 | 1.9500 | 1.9950 |
Bank Avrasiya | 1.6980 | 1.7020 | 1.9550 | 1.9900 |
Bank of Baku | 1.6980 | 1.7035 | 1.9400 | 2.0000 |
Bank BTB | 1.6990 | 1.7030 |
|
|
Bank Respublika | 1.6980 | 1.7025 | 1.9570 | 1.9820 |
Bank Silk Vey | 1.6980 | 1.7025 | 1.9600 | 1.9850 |
Bank VTB | 1.6980 | 1.7020 | 1.9580 | 1.9860 |
Expressbank | 1.6995 | 1.7020 | 1.9630 | 1.9830 |
GünayBank | 1.7000 | 1.7020 |
|
|
Xalq Bank | 1.6980 | 1.7020 | 1.9480 | 1.9970 |
Kapital Bank | 1.6970 | 1.7020 | 1.9070 | 2.0310 |
Melli İran Bankı Bakı filialı | 1.6980 | 1.7020 | 1.9600 | 1.9900 |
Muğanbank | 1.6970 | 1.7030 | 1.9495 | 1.9885 |
Naxçıvanbank | 1.6900 | 1.7050 | 1.9134 | 1.9943 |
NBCBank | 1.6980 | 1.7030 | 1.9610 | 1.9890 |
Nikoyl Bank | 1.6980 | 1.7020 | 1.9600 | 1.9900 |
Pakistan Milli Bankının Bakı Filialı | 1.6950 | 1.7030 |
|
|
Paşa Bank | 1.6975 | 1.7020 | 1.9560 | 1.9960 |
RabitəBank | 1.6960 | 1.7020 | 1.9520 | 1.9880 |
Turanbank | 1.6995 | 1.7030 | 1.9630 | 1.9830 |
Unibank | 1.6995 | 1.7030 | 1.9608 | 1.9825 |
Yapı Kredi Bank Azərbaycan | 1.6950 | 1.7020 | 1.9134 | 2.0318 |
Ziraat Bank Azərbaycan | 1.6960 | 1.7022 | 1.9520 | 1.9920 |
Azərpoçt | 1.6990 | 1.7020 | 1.9640 | 1.9860 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
8 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
14 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş





























