Bu mənzillərdən Kür çayı görünür - 3 illik kreditlə satış başladı
Mingəçevir şəhərinin mərkəzində yerləşən “Park Residence Mingəçevir” premium-klass yaşayış binası mənzil alıcılarına yeni kredit şərtləri təklif edir. Kreditin müddəti 3 il, minimal ilkin ödənişi 30% təşkil edir. Mingəçevir şəhərində yerləşən yeni tikililərdə kredit müddətinin maksimum 2 il təşkil etdiyini nəzərə alsaq, bu təklif xüsusilə sərfəlidir.
“Park Residence Mingəçevir”-in cəlbediciliyi yalnız sərfəli satış şərtləri ilə məhdudlaşmır. Premium-klass yaşayış binasının memarlıq üslubu, yerləşməsi, infrastrukturu və yeraltı parkinqi, mənzillərin ölçüləri, planlaması, şəhərə açılan mənzərə, bir sözlə, hər bir detalı premium standartların tələblərinə uyğun olaraq reallaşdırılıb.
Premium standartın önəmli tələblərindən biri unikal memarlıq üslubu və binanın cəlbedici zahiri görünüşüdür. Bunu nəzərə alaraq, “Park Residence Mingəçevir”-in tikintisini həyata keçirən “AS Group Investment” Şirkətlər qrupu premium-klass binanı neoklassik memarlıq üslubunda inşa edib. Qərbdə premium mənzil alıcılarının yarıdan çoxu, məhz klassika ilə müasirliyin mükəmməl vəhdəti olan bu memarlıq üslubunu seçir. Ağlayla üzlənən fasad “Park Residence Mingəçevir”-in zahiri görünüşünü daha da möhtəşəm edir.
Binanın Mingəçevir şəhərinin ekoloji cəhətdən ən təmiz vəprestijli yerində, İslamzadə və Füzuli küçələrinin kəsişməsində yerləşməsi sayəsində mənzillərdən Kür çayına, parka və şəhərə gözəl mənzərə açılır. “Park Residence Mingəçevir”-in uşaq və idman meydançası olan böyük parkın, həmçinin bulvarın bir addımlıqda yerləşməsi isəsakinlərin asudə vaxtlarını səmərəli keçirməsi və sağlam həyat üçün geniş imkanlar yaradır.
İnsanların rahatlığını təmin etmək üçün“Park Residence Mingəçevir” premium-klass yaşayış binası “bütün xidmətlər bir addımlıqda” konsepsiyası əsasında inşa edilib. Binanın ilk iki mərtəbəsində kommersiya və sosial yönümlü obyektlər yerləşəcək, yeraltı parkinq sakinlərin sərəncamına veriləcək.
Mənzillər kifayət qədər genişdir: 1-otaqlı: 61 m²; 2-otaqlı: 96 m²; 3-otaqlı: 116-129 m². Premium həyat tərzini seçən insanın mənzili həm geniş, həm də hündür olmalıdır. “Park Residence Mingəçevir”-in mənzillərində tavanın hündürlüyü hətta Bakı şəhəri üçün də kifayət qədər hündürdür - 3,30 metr. Sərbəst planlama sayəsində bu geniş və hündür mənzillərin interyerində istənilən arzunuzu reallaşdıra bilərsiniz.
Göründüyü kimi, “Park Residence Mingəçevir” ən sərfəli şərtlərlə Mingəçevir şəhərində rahat mənzil almaq istəyənlər üçün ideal bir seçimdir. Bu layihə haqqında ətraflı məlumat almaq üçün tələsin, mənzillərin sayı məhduddur. “Park Residence Mingəçevir”-in yeni sakinləri artıq təmir işlərinı başa çatdırıb, məşkunlaşmağa başlayıb.Siz də “Park Residence Mingəçevir”-də mənzil alın, Mingəçevirin ən gözəl premium binasında yaşayın.
Tel: 050 280 80 34
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
12 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 12 saat əvvəl
-
14 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























