Mərkəzi Bank Naxçıvanda tədbirlərə start verib
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən Mərkəzi Banka verilmiş tapşırıqlardan biri də rəqəmsal ödənişlərin daha geniş tətbiqi üçün maarifləndirmə, təbliğat və təşviqat işlərinin aparılmasıdır.
Bu tapşırığın icrası məqsədi ilə Mərkəzi Bank ölkə ərazisində nağdsız ödənişlərin genişləndirilməsinə, xüsusən də regionlarda əhali və təsərrüfat subyektləri arasında müasir bank texnologiyalarından istifadənin artırılmasına xüsusi diqqət yetirir və bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirir.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, növbəti belə bir tədbir qlobal ödəniş texnologiyalarının liderlərindən biri olan “Mastercard” ilə birlikdə pilot olaraq seçilmiş Naxçıvan Muxtar Respublikasında (Naxçıvan MR) rəqəmsal ödənişlərin istifadəsinin stimullaşdırılması məqsədi ilə istehlakçılar və təsərrüfat subyektləri üçün stimullaşdırıcı kampaniyaların təşkil edilməsidir.
Naxçıvan MR-da təşkil edilən stimullaşdırıcı kampaniyaların təqdim edilməsi tədbirində çıxış edən Muxtar Respublikanın Maliyyə naziri Səbuhi Məmmədov son illər ərzində Muxtar Respublika rəhbərliyinin tapşırığına əsasən nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində görülmüş işlər barədə geniş məlumat verib. Onun sözlərinə görə artıq bir neçə ildir ki, Naxçıvan MR-da təsdiq edilmiş proqrama əsasən əhali arasında nağdsız ödənişlərin artırılmasına dövlət orqanları tərəfindən geniş dəstək göstərilir.
Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” ilə Mərkəzi Banka verilmiş rəqəmsal ödənişlərin daha geniş tətbiqi tapşırığının icrası istiqamətində görülən işlər barədə məlumat verib. “Mastercard” beynəlxalq kart təşkilatı ilə birgə ölkədə rəqəmsal ödənişlərin inkişafı üçün institusional mühitin yaxşılaşdırılması, iqtisadiyyatda nağd pul dövriyyəsinin azaldılması və nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində ötən il ərzində həyata keçirilmiş “Nağdsız Azərbaycan” layihəsi barəsində danışdı. Onun sözlərinə görə “Nağdsız Azərbaycan” layihəsi bütövlükdə ölkənin nağdsız cəmiyyətə transformasiyasına dair təfsilatlı yol xəritəsini özündə ehtiva edir və layihənin yekunu kimi hazırlanmış “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” bu istiqamətdə görüləcək işləri özündə birləşdirir.
A.Quliyev tərəfindən strateji yol xəritəsi ilə verilmiş tapşırığın icrası çərçivəsində hesablaşma əməliyyatlarının vəsaiti ödəyənlə vəsaiti alan arasında 5-10 saniyə ərzində tam başa çatdırılmasını təmin edən Ani Ödənişlər Sisteminin yaradılması üzrə Mərkəzi Bank tərəfindən görülən işlər barədə də məlumat verilib. Sistemin yaradılması ilə ödəniş xidmətlərinin fiziki və hüquqi şəxslər üçün hər yerdə, hər zaman əlçatan olmasına və əməliyyatların 24/7/365 rejimində ödənişlərin həyata keçirildiyi anda başa çatdırıla bilinməsinə nail olunacaqdır. A.Quliyev rəqəmsal ödənişlərin istifadəsinin genişləndirilməsi istiqamətində planlaşdırılan ölkəmiqyaslı təbliğat və təşviqat tədbirləri bərədə də məlumatı diqqətə çatdırdıb.
Sonra “Mastercard”ın Azərbaycan üzrə meneceri Erdem Çakar yerli bazarda uzunmüddətli əməkdaşlığın möhkəmləndirilməsi məqsədi ilə Naxçıvan MR-da bu kampaniyanı həyata keçirməkdən fəxr etdiklərini vurğulayıb. Eyni zamanda, o, çıxışında Azərbaycanı nağdsız ödəniş sahəsində regionun lideri və “Mastercard”ın ən mütərəqqi texnologiyalarını tətbiq edən ilk ölkə kimi görmək istədiklərini, son layihələri arasında əsas yeri “Mastercard” və Mərkəzi Bank tərəfindən birgə hazırlanan və ölkədə nağdsız transformasiya strategiyasının yaradılmasına yönələn “Nağdsız Azərbaycan” layihəsinin tutduğunu bildirdi. Erdem Çakar Mərkəzi Bankın təşəbbüsü ilə Bakıda keçirilən uğurlu kampaniyaları bölgələrə doğru genişləndirməyə və burada qlobal "world beyond cash" (“nağdsız dünya”) baxışılarını təqdim etməyə şad olduqlarını, həmçinin “Mastercard”ın rəqəmsal transformasiya və nağdsız cəmiyyət sahələrində Azərbaycanı regionun liderinə çevirmək məqsədilə dövlət orqanları ilə əməkdaşlıq etməsindən məmnunluq duyduqlarını görüş iştirakçılarının diqqətinə çatdırdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 d. əvvəl
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
2 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
























