“Mətanət A” regionda uşaqların bayramına hədiyyələrlə sevinc qatdı
(®) Yalnız yüksək keyfiyyətli məhsulları ilə deyil, həyata keçirdiyi müxtəlif səpkili sosial xarakterli tədbirləri ilə də Azərbaycan cəmiyyətinin inkişafına tövhə verməyi prioritetləri sırasına daxil edən “Mətanət A” şirkəti 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Tovuz rayonunda azyaşlıların iştirakı ilə konsert proqramı təşkil edib.
Ümumilli lider Heydər Əliyev adına parkda baş tutan tədbirin açılış mərasimində çıxış edən Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov ölkəmizdə uşaqların sağlam və xoşbəxt böyümələri üçün hər cür şəraitin yaradıldığını, onların layiqli vətəndaş kimi yetişmələrinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Cənab Zeynalov bayram günündə tovuzlu uşaqlar üçün bu cür maraqlı proqram həyata keçirdikləri üçün “Mətanət A” şirkətinə təşəkkür edib.
Millət vəkili Qənirə Paşayeva isə çıxışında diqqəti Tovuz rayonunun işğalçı Ermənistan Respublikası ilə həmsərhəd ərazidə yerləşməsinə və bu rayonda böyüyən uşaqların zaman-zaman erməni təxribatları nəticəsində mənəvi-psixoloji travmalar almasına yönəldib. Onun sözlərinə görə, təmas xəttinə yaxın ərazilərdə yaşayan uşaqların qayğı və diqqətə daha çox ehtiyacları var. Bu baxımdan o, bu kimi tədbirlərin böyük önəm daşıdığını bildirib.
“Mətanət A” şirkətinin Marketinq Departamentinin direktoru Yelena Eyvazlı isə bildirib ki, təmsil etdiyi şirkət 18 illik fəaliyyəti dövründə sosial layihələrə daim böyük önəm verib.“Mətanət A”-nın missiyasının Azərbaycan xalqına, Vətənin övladlarına xidmət etmək olduğunu vurğulayan şirkət rəsmisi bu konsert proqramını təşkil etməkdə məqsədinon də uşaqları sevindirmək olduğunu bildirib.
Konsert proqramında Tovuzun şəhər və kəndlərinin uşaq baxçaları və körpələr evlərində tərbiyə alan uşaqlar çıxış ediblər. Balacalar müxtəlif mahnı və rəqslər ifa etməklə bayramı rövnəqləndiriblər. Hər bir tədbir iştirakçısına “Mətanət A” şirkəti tərəfindən hədiyyələr təqdim edilib.
Daha sonra “Mətanət A” şirkətinin nümayəndələrinin və rayon rəsmilərinin internat uşaqları ilə görüşü baş tutub. Valideyn himayəsindən məhrum olumuş bütün uşaqlara “Mətanət A” şirkəti tərəfindən maraqlı və intellekti inkişaf etdirən hədiyyələr təqdim edilib. Bir sözlə “Mətanət A” Şirkəti Tovuzlu uşaqlar üçün əsl Bayram yaratmağı bacarıb. Şirkət bundan sonra da sosial layihələri ilə ölkə vətəndaşlarını sevindirməkdə davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
7 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
8 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı


















.jpg)

