"Veysəloğlu"nun təşəbbüsü ilə film çəkilib
Azərbaycan Xalq Cümhuriyyəti dönəmində yaşamış əsgər-fotoqrafın xatirələri “Cümhuriyyətin 9 şəkli” bədii-sənədli filmində
1918-ci ildə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti milli təfəkkürün dövlət təntənəsi, Azərbaycan coğrafiyasının vahid huquqi ərazidə bir sınır olaraq yaradılması idi. Düz 100 il əvvəl Azərbaycan bu günü yaşayaraq Azərbaycan Demokratik Respublikasını qurub, ümumi bayraq altında öz Cümhuriyyətini elan etdi.
Məhz bu unudulmaz və qürurverici məqamı əbədiləşdirmək məqsədilə, "Veysəloğlu" Şirkətlər Qrupu özünün təşəbbüskarlığı və "Cinealliance" Kinoşirkətinin yaradıcı komandası ilə "Cümhuriyyətin 9 şəkli" filmini ərsəyə gətirməyi qərara alıb.
Şirkətlər qrupunun yaydığı məlumatda bildirilir ki, baş verənlərin tarixçi, salnaməçi baxışından deyil, bir sıravi əsgər baxışından açıqlanmasıdır. Qafqaz İslam ordusunun əsgəri və eyni zamanda fotoqrafı olmuş sıravi əsgərin illər kecəndən sonra belə ailəsində yaşanan ideoloji muhitun yaradılmasındandır.
Filmdə o dövrdə baş verən mühüm hadisələri özündə əks etdirən doqquz şəkil canlanır. Bu şəkillər vasitəsi ilə Azərbaycan Demokratik Respublikasının doqquz fərqli sahədə əldə edə bildiyi uğurlar gündəmə gətirilir. Baş vermiş tarixi hadisələrə bədii qəhrəmanların vasitəsilə şərhlər verilir.
Vizual mətnin əsas mesajı iki illik mohtəşəm tarixi bir insanın duşuncə süzgəcindən kecirə bilməsidir. Bu günkü tamaşacıya bəsit dəlillərlə və cox sadə bir dildə tarixin catdırılamasıdır. O, möhtəşəm iki ildə dovlət quruculuğu prossesinin bir cox sahələrə uğurla şaxələnməsi, hüquq mühafizə, məhkəmə, bank, poct teleqraf sistemlərinin yaradılması, ordu quruculuğu və mədəniyyət sahəsində əldə edilmiş uğurlar xususi olaraq filmdə vurğulanır.
Aktyor oyunu, bədii mətnlə müşayiət olunan foto və video arxiv ilə bərabər rəsm cizgilərinin anidən canlanması və digər mənbəyə fokuslanamsı Azərbaycan kinosu ücün yeni bir sintez mədəniyyət formalaşdırır.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Film baba ilə nəvənin timsalında iki muxtəlif baxış bucağının iki müxtəlif yaş nəslinin Azərbaycan Demokratik Respublikasına olan oxşar münasibətidir. Hər iki nəsil oz şanlı tarixinə hörmət edir. Olanları yüksək dəyərləndirir. Ancaq belə bir ideoloji mühit vətənə bağlı əsgər yetişdirə bilər. Necə ki, filmin qəhrəmanı olan uşaq əsgər olmaq arzusu ilə belə bir ideoloji muhitdə böyüyür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
1 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 2 saat əvvəl
-
3 saat əvvəl
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Ən çox oxunanlar
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı
"MJ Financial Services" BOKT-ın nizamnamə kapitalı 16 dəfə artırılır













.jpg)





.jpg)


